"Qəbələ"dən qələbələr

22.03.2015 | 3655 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Stadium.Az xəbər verir ki, komandalar keçirdikləri 8 oyundan 6-da qalib gələ biliblər.

U-17 komandası “Bakcell U-17 Liqa”da çıxış edən klublar üçün təşkil olunan kubok yarışında növbəti sınağına çıxıb. “Qırmızı-qaralar” yarımfinalın ilk oyununda “Neftçi”ni məğlub edib – 3:2. Komanda final yolunda son addımını aprelin 6-da səfərdə keçiriləcək cavab qarşılaşmasında atmalı olacaq.

Digər komandalar isə liqalarda oyunlarını keçirib. U-19 Liqasında 2-ci pillədə qərarlaşan “Qəbələ” səfərdə “Rəvan”a məğlub olub – 1:2. 21 matçda 41 xal toplayan komanda növbəti turda istirahət edəcək. Kubok oyunundan başqa, liqa matçına da çıxan U-17 səfərdə “Xəzər Lənkəran”a qalib gəlib – 4:3. 15 görüşdə 41 xal yığan “qırmızı-qaralar” vahid liderliyini davam etdirir. Komanda növbəti turda “İnter”i qəbul edəcək.

Son bir həftədə rəsmi matç keçirməyən U-16 19 oyunda topladığı 50 xalla liderdi. Növbəti turda komanda “Turan”ın qonağı olacaq. 19 qarşılaşmada topladığı 41 xalla 2-ci olan U-15-in AZAL-la səfər görüşü təxirə salınıb. “Qəbələ” növbəti turda “Xəzər Lənkəran”ı qəbul edəcək. Ardıcıl 2 oyun keçirən U-14 “Vətən RİOEUGİM”i 3:1 məğlub edib, “Neftçi” PFK ilə heç-heçəylə kifayətlənib – 2:2. 12 matçda 31 xal toplayan “qırmızı-qaralar” paytaxt zonasında 2-ci pillədə qərarlaşıb.

U-13 Yevlaxın “Rabitəçi” komandasını böyük hesabla məğlub edib – 12:0. 10 oyunda 25 xal qazanan təmsilçimiz Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasının vahid lideridi.

Eyni zonada çıxış edən U-12 Şəki UGİM-ini 6, Yevlax UGİM-ini 11 cavabsız qolla keçib. Zonanın lideri olan komanda 11 matçda 29 xal toplayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail