Mahmud Qurbanov: "Yığmamızı ciddi rəqib saymasalar nəsə etmək olar"

02.09.2011 | 4187 dəfə oxunub

“Bizim bugünkü oyunda itirəcəyimiz heç nə yoxdur. Ancaq Belçikalılar üçün matç vacibdir. Çünki onlar qrupda ikinci yer uğrunda Türkiyə ilə mübarizə aparırlar. Bu baxımdan rəqibimizə 3 xal vacibdir”. Stadium.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının sabiq futbolçusu Mahmud Qurbanov deyib.
“Sumqayıt Şəhər”in şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində yığmamızın bu gün Belçika ilə keçirəcəyi görüşə münasibət bildirib: “Rəqib çox güclüdür. Sürətli futbol oynayırlar. Əksər futbolçuları güclü klublarda çıxış edirlər. Ona görə də bizim üçün 1 xal qazanmaq yaxşı nəticə hesab ediləcək. Bununla həm də Türkiyə yığmasına kömək etmiş olacağıq”.
Rəqibin oyuna köklənməsinin nəticəyə təsirindən danışan 37 yaşlı futbolçu doğma meydan amilinin də xeyrimizə olacağını deyib: “Bizi qiymətləndirmələrindən çox şey asılıdır. Ola bilsin, onlar yığmamızı ciddi rəqib saymasınlar və meydana arxayın çıxsınlar. Onda nəsə etmək olar. Həm də doğma meydanda oynayırıq. Azarkeşlər ajiotaj yaradırlar. Bundan maksimum yararlanmalıyıq”.
Qurbanov bu matça qədər rəqiblə baş tutan 3 oyundan 1-də iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail