"Fransızlara yaşatdığımız çətin anları İngiltərə yığmasına da yaşadacağıq"

27.03.2015 | 3002 dəfə oxunub

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirlmiş Fransa – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam AFFA-nın rəsmi saytına açıqlama verib. Stadium.Az xəbər verir ki, almaniyalı mütəxəssis 0:2 hesabı ilə uduzduqları oyuna şərh verib:

"Fransa yığması haqda əlavə nəsə deməyə ehtiyac duymuram. Güclü rəqib qarşısında oynamaq çətindir. Bu oyunda komandamın hər hansı mənfi cəhətini görmədim. Uşaqlar bütün bacarıqlarını nümayiş etdirdilər. Taktiki planda və intizam baxımından yaxşı oynadıq. Son 18-liyi müəyyənləşdirərkən komandanın əsas üzvlərindən biri Təyyar Məmmədov zədə səbəbindən kənarda qaldı. Bizimlə burada olmasına baxmayaraq, təəssüf ki, zədəsini sağalda bilmədi. Əgər zədəli olmasaydı, müdafiənin sağ cinahında oynayacaqdı. Onun mövqeyində 1997-ci il təvüllüdlü Renat Ağaverdiyevə şans verdim. Təəssüf ki, o da ilk hissədə zədələnərək yerini digər 1997-ci il təvüllüdlü Elgün Uluxanova verdi. Oyunun sonunda meydanda 6 nəfər 1997-ci il təvəüllüdlü futbolçu vardı".

Adam İngiltərə yığması ilə oyunda da rəqibə çətin anlar yaşadacaqlarına söz verib: "Əvvəlki müsahibəmdə futbol ictimaiyyətinə demişdim, bir daha təkrar edirəm ki, buraya turisit kimi gəlməmişik. Fransızlara yaşatdığımız çətin anları İngiltərə yığmasına da yaşadacağıq. Məqsədimiz odur ki, son oyunlaradək qrupdakı vəziyyət gərgin olaraq qalsın".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail