Robert Prosineçki: "Vaxt lazımdı"

28.03.2015 | 3863 dəfə oxunub

“Oyundan narazı qaldım. Bəzi məqamlarda mən istədiyim oyunu nümayiş etdirə bilmədik. Amma komanda əlindən gələni etdik. Bundan yaxşı oynaya da bilərik”. Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Malta üzərində 2:0 hesablı qələbə qazanan komandamızın xorvatiyalı çalışdırıcısı bildirib ki, nəticə ürəyincədi:

"Futbolçular əllərindən gələni etdilər. Lakin onların potensialı bundan da yaxşı oynamağa imkan verirQarşılaşmadan öncə çətin matç olacağını demişdim. Rəqib müdafiədə ciddi oynayır. Fikir verirəm ki, jurnalistlər tövsiyə edirlər ki, kim harda oynamalıdı. Mən baş məşqçiyəm, öz fikirlərim var. Namiq Ələsgərov matça yaxşı başladı, amma zədələndi. Ümid edirəm ki, onun zədəsi ciddi deyil. Mən ümumilikdə hücum, yarımmüdafiə və müdafiə xəttindən razı qaldım".

Prosineçki bəzi məqamlarda komandasının müdafiə futbolu oynamasına da aydınlıq gətirib: "Sözsüz ki, bu, psixoloji təzyiqlə bağlı idik. Əvvəlki 4 oyunda məğlub olmuşduq. Buna görə də, komanda bu dəfə qalib gəlməli idi. 90 dəqiqə hücum futbolu oynaya bilmədik. Üstəlik, bu gün 3 futbolçu ilk dəfə millinin formasını geyindi. Bəzi məqamlarda geri çəkilməli olduq. Bu da dediyim kimi, psixoloji gərginliklə bağlı idi. Erkən qol vurduq. Birinci hissədə topu daha çox saxlamağa çalışdıq. Səhvlərimiz oldu. Tam istədiyimiz kimi hər şey alınmadı, vaxt lazımdı. Futbolçular da insandılar, onları da başa düşmək lazımdı. Malta böyük futbol ölkəsi olmasa da, belə komandalara qarşı oynamaq çətindi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail