Elxan Məmmədov: "Komanda yeni sistem üzrə oynayır"

29.03.2015 | 3158 dəfə oxunub

"Komandanın qalib gəlməsinə baxmayaraq çətin oyun oldu. Bu, baş məşqçi Robert Prosineçki və onun yeni komandası üçün ilk rəsmi oyun idi". 

Stadium.Az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib. Millimizin Malta ilə oyununu dəyərləndirən baş katib komandamızın sonadək mübarizə apardığını bildirib:

"Şaxtyor"la yoldaşlıq görüşündə futbolçuların 30 faizi komandanın düşərgəsində deyildi. Ona görə də yeni komanda üçün seçmə mərhələnin ilk oyunu bir qədər riskli idi. Malta ilə matçda yeni komanda, yeni oyun üslubu gördük. Komanda yeni sistem üzrə oynayır. Matçın 3-cü dəqiqəsində hesabı açdıq. Oyunun sonlarında isə daha bir qol vurmaqla komanda sonadək mübarizə apardığını nümayiş etdirdi". 

Öz meydanında Malta ilə qarşılaşan Azərbaycan millisi inamlı qələbə qazanıb - 2:0.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail