"Qəbələ" İtaliyaya gedir

31.03.2015 | 3637 dəfə oxunub

“Qəbələ”nin 17 yaşlılardan ibarət komandası İtaliyaya səfərə hazırlaşır. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv İtaliyanın “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçiriləcək “Mario Maggoni – Walter - Richi” turnirində iştirak etmək üçün Appenin yarımadasına yollanacaq.

1998-ci il təvəllüdlü futbolçular arasında təşkil olunan turnir 4 gün (3-6 aprel) davam edəcək. Qalib adı uğrunda 12 komanda 3 qrupda mübarizəyə başlayacaq.

“Qəbələ” və İsveçin “Höteborq” klublarının təmsilçilərindən başqa digər iştirakçılar İtaliyanı təmsil edir. “A” qrupunda yer alan “Qəbələ” ilk mərhələdə meydan sahibi “A.S.D. Borgaro 1965”, “Sampdoriya” və “Parma” komandaları ilə qarşılaşacaq. “B” qrupunda “Yuventus” (Turin), “Hellas” (Verona), “Genuya” və “Cuneo”, “C” qrupunda isə “Atalanta”, “Höteborq” (İsveç), “Torino” (Turin) və “Rappresentativa Regionale Piomonte” kollektivləri mübarizə aparacaq.

“Qırmızı-qaralar” ilk oyununu aprelin 3-də, Bakı vaxtı ilə 13:45-də “Sampdoriya”ya qarşı keçirəcəklər. Komanda növbəti gün “Parma” ilə qarşılaşacaq. Ramin Quliyevin komandası qrup mərhələsinin son oyununda meydan sahibi - “A.S.D. Borgaro 1965” komandasını sınağa çəkəcəklər. Əsasnaməyə görə, “A” qrupunun qalibi “C” qrupunun ən güclüsü, “B” qrupunda birinci olan komanda isə ən yaxşı nəticə göstərmiş qrup ikincisi ilə üz-üzə gələcək. Daha sonra 3-cü yer uğrunda görüş və final matçları baş tutacaq.

“Mario Maggoni – Walter - Richi” turniri sanballı tarixə malikdir. Sayca 36-cı olacaq turnirdə indiyədək dünyanın və Avropanın ən tanınmış klublarının təmsilçiləri iştirak ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail