Prosineçki: "Həmin görüşdə sürpriz edə bilərik"

31.03.2015 | 3173 dəfə oxunub

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:


- Azərbaycanda olmaqdan məmnunsunuz?

- Əlbətdə, çox məmnunam. Belə olmasaydı, burda olmazdım.

- Malta üzərində qələbə haqda nə deyə bilərsiniz?

- İlk hissədə çox yaxşı oynadıq. Azərbaycan millisi seçmə mərhələnin ardıcıl dörd oyununda məğlub olmuşdu. Bu durumda qələbə qazanmaq asan deyil. Bu qələbə komandada özünəinamı qaytarmaq baxımından çox əhəmiyyətlidir. Uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər.   İkinci hissədə qələbəni əldən verməkdən qorxduq. Bu da normal haldır.  Malta zəif komanda deyil. Xorvatların onlara qarşı necə çətinlik çəkdiklərini hamı gördü. Yaxşı müdafiə olunurlar. Hücum xəttində isə  Nigeriya əsilli Alfred Effionq rəqibə çətin anlar yaşada bilir. 

-  Azərbaycan millisində debüt edən futbolçular ümidlərinizi doğrultdular?

- Bəzi futbolçular məndən öncə yığmada olmayıblar.  Onlara şans vermək qərarına gəldim. Həmin oyunçular milliyə dəvət edilməyə layiqdilər. Bu tempdə davam etsək, Norveçlə oyuna hazır olacağıq. İnanıram ki, həmin görüşdə sürpriz edə bilərik.

- Xorvatiya millisi Norveçi asanlıqla məğlub etdi. Bu hesab sizin üçün gözlənilməz olmadı ki?

- Etiraf edirəm ki, Xorvatiyanın belə böyük fərqlə qələbə qazanacağına biraz təəccübləndim. Fikrimcə, bu, obyektiv göstərici deyil. Ancaq Xorvatiya ən güclü komandalardan biridir və onların qələbəsi gözlənilən idi. Xorvatiya millisi favoritlər arasında yer alan komandalardandır.


- "Avro-2016"nın seçmə mərhələsində sentyabrda Xorvatiya yığmasını qəbul edəcəksiniz. İlk oyunda Azərbaycan millisi Xorvatiyaya 0:6 hesabı ilə uduzmuşdu.  Yəqin ki, budəfəki matç fərqli olacaq.

- Şübhəsiz ki, Xorvatiya həmin qarşılaşmanın favoritidir. Bu məlumdur. Ancaq əminəm ki, biz rəqibə qarşı bütün gücümüzlə layiqli mübarizə aparacağıq. Onlara Bakıda asan olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail