Adamın bəhanəsi: "Ən güclü məhz Danimarka yığması idi"

01.04.2015 | 3005 dəfə oxunub

“Bu oyunun nəticəsi bizim elit-raund haqqında müsbət fikirlərimizə təsir etməyəcək. Məşqçilər heyəti ilə rəqiblərimizin oyununu analiz edərkən Danimarkanın güclü komanda olduğunu qeyd etmişdim. Məncə, qrupumuzda yer alan komandalar arasında komanda şəklində ən güclü məhz Danimarka yığması idi".

Stadium.Az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Nikolay Adam deyib. Alman mütəxəssis Avropa Çempionatının elit-raund mərhələsinin son oyununda Danimarka seçməsinə 0:3 hesablı məğlubiyyəti şərh edib:

"Oyundan əvvəl bilirdik ki, bu qarşılaşma heç də asan olmayacaq. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Ancaq qalib gəlsək belə, heç nə dəyişməyəcəkdi. Heyətdəki itkilər də nəticəyə təsir etdi. İlyas Səfərzadə cəzalı, Fəhmin Muradbəyli və Renat Ağaverdiyev isə zədə səbəbindən oynamırdı. Bunlar və Danimarkanın da güclü olması böyükhesablı məğlubiyyətlə nəticələndi".

Adam komandanın qapıçısı Tolqa Şahinin oyununu xüsusi vurğulayıb: "Onu da qeyd edim ki, qapıçımız Tolqa Şahinin fantastik oyunu hər üç oyunda hesabın daha böyük olmasına imkan vermədi. Biz 19 yaşadək futbolçular arasında 28 ən yaxşı komanda arasına düşdük. Hesab edirəm ki, Azərbaycanı həm meydanda, həm də meydandan kənarda pis təmsil etməmişik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail