Bakı Olimpiya stadionundan ən son FOTOLAR

01.04.2015 | 4115 dəfə oxunub

“Bakı Olimpiya stadionunda Birinci Avropa Oyunlarının açılış mərasiminə hazırlıq işləri sürətlə davam etdirilir. İnanırıq ki, burada dünya səviyyəli möhtəşəm bir açılış mərasimi keçiriləcək”.

Stadium.Az xəbər verir ki, bu barədə Bakı Olimpiya Stadionunun tikinti işləri üzrə baş meneceri Ron Kameron jurnalistlərə deyib.

R.Kameron qeyd edib ki, açılış mərasimini izləyən bütün tamaşaçılar buna heyran olacaq. O bildirib ki, stadion Oyunlar başlayana qədər tam hazır vəziyyətdə olacaq. R.Kameronun sözlərinə görə, stadionda əsas işlər tam yekunlaşıb, hazırda landaşftın hazırlanması, təmizləmə işləri daxil olmaqla bir sıra işlər həyata keçirilir.

R.Kameron Bakı Olimpiya Stadionunun dünya stadionlarından fərqindən də danışıb. O qeyd edib ki, Bakı Olimpiya Stadionu dünya olimpiya stadionlarından bir sıra üstünlükləri ilə fərqlənir: "Stadionda oturacaqlar oyun sahəsinə yaxın məsafədə yerləşdirilib ki, bu da tamaşaçılara yarışları daha yaxından izləmək imkanı verir".

R.Kameron vurğulayıb ki, stadionda ən müasir texnologiyalardan istifadə edilib. Onun sözlərinə görə, stadionda müasir təhlükəsizlik, işıqlandırma, nəzarət, səs sistemləri quraşdırılıb. (trend)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail