"Dövlət Neft Şirkəti "Neftçi"nin arxasından çəkilmir"

02.04.2015 | 3304 dəfə oxunub

"Mən SOCAR-ın nümayəndəsi kimi Müşahidə Şurasına üzv seçilmişəm. Dünənki iclasda Rövnəq Abdullayev də qeyd etdi ki, "Neftçi" bundan sonra ictimailəşir. Ancaq SOCAR, yəni Dövlət Neft Şirkəti "Neftçi"nin arxasından çəkilmir, onun sponsoru olacaq. "Neftçi"ni ilkin dövrdə yenə SOCAR maliyyələşdirəcək". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının üzvü Cəbrayıl Cəbrayılov deyib.

Premyer Liqanın XXVII turu çərçivəsində bu gün keçirilmiş "Neftçi" - "Bakı" matçının fasiləsində jurnalistlərin suallarını cavablandıran Cəbrayılov yeni yaradılan Şuradakı mövqeyindən danışıb: "SOCAR-ın maliyyəsinin daha məqsədəuyğun, vəsaitin klubun bilavasitə inkişafına xərclənməsi nöqteyi-nəzərindən Müşahidə Şurasında mənim də olmağım lazım bilinib. Biz bunu futbola marağın artması məqsədilə edirik, yəni sınaq kimi keçiririk. Futbol dünyanın hər yerində ictimailəşib. Dünya praktikasında da görürük ki, bir və ya bir neçə şəxsə məxsus olan futbol klubları heç də rentabellik göstəricisi ilə işləmirlər. Dünənki iclasda Madrid "Real"ı ilə "Mançester Yunayted"i müqayisə etdilər. "Mançester Yunayted" xalq komandasıdı və iqtisadi fəaliyyəti həmişə səmərəli olub. "Real" isə "kral klubu" olsa da, onun maliyyə vəziyyəti heç də həmişə yaxşı olmur. Bu nöqteyi-nəzərdən ictimailəşmə həm futbolumuzun inkişafında hər bir futbol adamının iştirakının təmin olunması, həm də futbolun idarə edilməsində ictimaiyyətin daha çox iştirak etməsi məqsədini güdür".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail