"Hər dəfə İspaniyadan Azərbaycana kolbasa aparıram" - MÜSAHİBƏ

02.04.2015 | 2851 dəfə oxunub

Azərbaycanın 19 və 21 yaşadək qızlardan ibarət yığmalarının baş məşqçisi Patrisiya Qonzales İspaniya mətbuatına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:

- Artıq iki ildir Azərbaycanda çalışırsınız. İşləriniz necə gedir?
- Birinci il mənim üçün çətin alındı. Çünki yerli mühitə uyğunlaşmaq lazım idi. Amma İspaniyada karyeramı davam etdirmək üçün heç bir imkan olmadığından, bura gəlməyə marağım böyük idi.

- İspaniyada futbolla məşğul olmaq mümkün deyil?
- Əvvəllər mən bir sıra başqa işlərlə məşğul idim. Yalnız günün sonunda futbola gedirdim. İspaniyada özünü futbolda təsdiqləmək istəyən qadınlara çox çətindir. Amma bu, mənim sahəm olduğuna görə, özümü istənilən yerdə sınamağa hazır idim.

- Uyğunlaşmaq baxımından ən çətin nə oldu?
- Mən öncə sözün yaxşı mənasında mədəniyyət baxımından şoka düşmüşdüm. Azərbaycan müsəlman ölkəsi olsa da, qapalı deyil, qadınlar örtüklə gəzmirlər. Ən çətin olan isə buradakı futbolu anlamaq idi. Yaşayış baxımından da müəyyən çətinliklər olur. Məsələn, mən hər dəfə İspaniyaya gələndə özüm üçün 20 kq-a qədər ərzaq məhsulları alıram. Xüsusilə də bizim orada olmayan kolbasalarımızdan aparıram.

- Azərbaycanda komandanız üçün nə tapmısınız?
- Mən burada bir neçə texniki və taktiki baxımdan yaxşı təsir bağışlayan oyunçularla görüşmüşəm. Azərbaycanda qadın futbolu yenicə inkişaf etməyə başlayıb. 2010-cu ildən bu yöndə işlər görülməyə başlayıb. Amma bu yöndə infrastrukturu yaxşılaşdırmaq üçün böyük istək var. Burada özümü çox yaxşı hiss edirəm. AFFA-nın baş katibi deyir ki, Azərbaycanda qadın futboluna həmişə qadınlar rəhbərlik etməlidirlər.

- Oyunçularla iş nə yerdədir?
- Federasiyanın bu yöndə apardığı işlər, layihələr sayəsində Azərbaycanda 16-17 yaşlı qızları tapıb üzə çıxarmaq asandır. Amma əsas çətinlik onunla bağlıdır ki, müsəlman ölkələrində qadınlar çox tez ailə qururlar və nəticədə, futbolçular karyeralarını 21 və ya 22 yaşında başa vurmaq məcburiyyətində qalırlar. Dil səddi də ayrıca bir çətinlik yaradır.

- Bəs siz onlarla necə ünsiyyət qurursunuz?
- Onlar ingilis dilində danışmırlar. Ona görə də mən tərcüməçidən yararlanıram. Mənim tərcüməçim bir müddət öncə bu ölkədə çalışmış Milinko Pantiçlə birgə çalışmış şəxsdir. Bir sözlə onu futbol adamı hesab etmək olar.

- Sizi İspaniyada baş məşqçi kimi görə biləcəyik?
- Mən belə bir imkanı çox arzulayıram. Öz ölkəmdə qadın futbolu üzrə aparıcı mütəxəssislərdən biri olmaq istərdim. Özümü İspaniyanın qadın futboluna həsr etmək istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail