"Qəbələ"nin son rəqibi müəyyənləşdi

03.04.2015 | 2856 dəfə oxunub

13 yaşadək futbolçulardan ibarət komandalar arasında Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirində pley-off mərhələsinə start verilib.  Stadium.Az klubun saytına istinadən xəbər verir ki,9-16-cı yerlər uğrunda mübarizə aparan “Qəbələ”nin U-13 komandası bu mərhələnin iki oyununu keçirib. Türkiyənin “Osmanlıspor” klubu ilə qarşılaşan “qırmızı-qaralar” bu görüşdə 0:1 hesabı ilə uduzub.

Bu məğlubiyyətdən sonra Ülfət Mədətovun komandası 13-16-cı yerlər uğrunda mübarizə aparmalı olub. Kosovo təmsilçisi “Nyu Star”la qarşılaşan “Qəbələ” bu matçda 2:0 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Nihad Bağırov və Veysəl Rzayev vurublar. Sabah başa çatacaq turnirin son günündə “Qəbələ” 13-14-cü yerlər uğrunda matçda meydana çıxacaq. “Qırmızı-qaralar” Danimarkanın “Holbak” komandası ilə üz-üzə gələcək. Matç saat 10:45-də başlayacaq.

"Qırmızı-qaralar” qrup mərhələsində Türkiyə “Qalatasaray”ı və Danimarka təmsilçisi “Nordsyelland”a eyni - 0:2 hesabı ilə uduzub, “Özerspor”u 2:1, “Seyrantəpəspor”la 
“Berlin Türkiyemspor”un hər ikisini 1:0 hesabı ilə məğlub edərək 9 xalla 6 komanda arasında 3-cü olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail