"Azərbaycanda Ronaldonu görmək üçün ağlayırlar"

03.04.2015 | 3245 dəfə oxunub

"Biz Albaniya və Azərbaycan kimi ölkələrə gedəndə maraqlı mənzərə ilə qarşılaşırıq".

Stadium.Az xəbər verir ki, bu sözləri Portuqaliya millisi və "Atletiko"nun yarımmüdafiəçisi Tiaqo Mendeş deyib. Millidəki komanda yoldaşı və "Real"ın lideri Kriştianu Ronaldonu tərifləyən futbolçu bəzi ölkələrdə onunla şəkil çəkdirmək üçün insanların növbəyə durduqlarını bildirib. Mendeş bu ölkələr sırasında Azərbaycanın da adını çəkib:

"Adlarını çəkdiyim ölkələrin hava limanında insanların Ronaldonu görmək üçün necə ağladıqlarını görürük. O, çox böyük futbolçudu. Şübhəsiz ki, millimizin lideri və ən yaxşısıdı. Meydandan kənarda da gülərüz, zarafatcıl insandı. Ronaldo ilə yaxşı dostluğumuz var".

Ronaldo Portuqaliya millisinin heyətində 2 dəfə Azərbaycana səfər edib. Ancaq o, bu səfərlərin yalnız birində meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail