Ruslan Qurbanov: "Prosineçki, Foqtsdan fərqli olaraq..."

03.04.2015 | 4169 dəfə oxunub

Xorvatiyanın "Hayduk" klubu və yığma komandamızın futbolçusu Ruslan Qurbanov Xorvatiya mətbuatına danışıb. Stadium.Az xəbər verir ki, xorvatiyalı həmkarlarımıza açıqlama verən gənc futbolçu öncə millidəki atmosferdən danışıb: "Azərbaycan millisində fantastik ab-hava var. Bunu Malta ilə oyunda da hiss etdim"."

Millimizin sabiq çalışıdırıcısı Berti Foqtsla Robert Prosineçkini müqayisə edən Qurbanov xorvatiyalı mütəxəssis tərifləyib: "Seçmə mərhələyə pis başladıq. Prosineçkinin gəlişindən sonra ilk oyun Maltaya qarşı idi və biz onun debütünün uğurlu olmasına çalışmalıydıq. Nəticədən hamımız razı qaldıq. Hər şey əla idi. Prosineçki Foqtsdan fərqli olaraq, hücum futbolunun tərəfdarıdı. Onun bu dəyişikliyi hamı tərəfindən yaxşı qarşılandı".

Qurbanov fikirlərini bu cür yekunlaşdırıb: "Matçdan sonra baş məşqçi məni təbrik etdi. Çıxışımdan razı qaldığını dedi. Bir də məni izlədiyini, “Hayduk”da daha yaxşı oyun göstərməli olduğumu əlavə etdi. Prosineçki futbolçularla çox ünsiyyət qurur. Bu, müsbət haldı".

Cari seçmə mərhələdə sona qədər mübarizə aparacaqlarını vurğulayan futbolçu hələ heç nəyin bitməyini söyləyib: "Seçmə mərhələnin əvvəlində məqsəd qrupda 3-cü yeri tutmaq və pley-offa yüksəlmək idi. Ancaq uğursuz start etdik, ardıcıl 4 oyunda məğlub olduq. Bu gedişatdan sonra Maltaya qalib gəlmək bizim üçün böyük önəm daşıyırdı. Sona qədər mübarizə aparacağıq. Hələ heç nə bitməyib. Amma indidən oyunumuzu inkişaf etdirib, növbəti seçmə mərhələyə daha hazırlıqlı olmalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail