"Qəbələ" Türkiyədə 13-cü oldu

04.04.2015 | 3390 dəfə oxunub

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının da iştirak etdiyi ənənəvi beynəlxalq “VI Manavqat” turnirinə yekun vurulub. Stadium.Az xəbər verir ki, "qırmızı-qaralar” Türkiyədə təşkil olunan yarışdakı son oyununda Danimarkanın “Holbak” klubu ilə üz-üzə gəlib. 13-14-cü yerlər uğrunda mübarizə aparan komandaların oyununda qalib müəyyənləşməyib – 1:1. “Qəbələ”nin heyətində Veysəl Rzayev qol sevinci yaşayıb. 13-cü yerin taleyinə oyun sonrası penaltilər seriyasında aydınlıq gəlib. 3:2 hesabı ilə qalib gələn Ülfət Mədətovun yetirmələri turnirdə çıxış edən 24 komanda arasında 13-cü olub. “Qırmızı-qaralar” sabah axşam saatlarında Azərbaycana qayıdacaq.

“VI Manavqat” turnirinin final oyununda iki adlı sanlı klub – İngiltərə “Çelsi”si və Türkiyə “Qalatasaray”ı üz-üzə gəlib. Bu qarşılaşmada əvvəl London təmsilçisi 2 qol vursa da, türkiyəlilər hesabı bərabərləşdirməyə nail olub. Lakin “Çelsi” matçın sonlarında 3-cü dəfə fərqlənməklə turniri çempion kimi başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail