"Bakı"nın düşərgəsində şok olaylar - TƏFƏRRÜATI BİZDƏ

06.04.2015 | 6341 dəfə oxunub

Ötən gün “Qarabağ”la oyundan əvvəl “Bakı”nın düşərgəsində xoşagəlməz hadisələr baş verdi. Stadium.az xəbər verir ki, oyundan əvvəl yayılan xəbərlərdə baş məşqçi İbrahim Uzuncanın istefa xəbəri yayıldı. Ancaq oyun zamanı komandanı meydana məhz Uzunca çıxartdı. Türkiyəli məşqçi qarşılaşmadan sonra da açıqlamasında bildirdi ki, istefa verməyib və Hafiz Məmmədov onu komandadan qovana kimi işinə davam edəcək.

Bu olayla bağlı adının açıqlanmasını istəməyən “Bakı”nın futbolçusu bunları saytımıza danışdı:
“Oyundan əvvəl Yaşar müəllimlə (Yaşar Seyidov) Novruz müəllim (Novruz Əzimov) bizi bir yerə yığdılar. Bizə oyuna çıxmaq barədə danışdılar. Hətta Novruz müəllim əsas heyətin demək olar hamısını ehtiyata götürmüşdü. Yaşar müəllim bir siyahı yazmışdı, heyətlə bağlı. Novruz müəllimə də deyirdi ki, o yazdığı heyəti oynatsın. Sonra İbrahim Uzunca “razdivalka”ya (futbolçuların soyunub geyinmə otağına) girdi. Dedi ki, onun qurduğu heyət oynayacaq. Novruz müəllim də dedi ki, onun istədiyi heyət oynayacaq. Yaşar müəllim Uzuncaya dedi ki, o istefa verib, Hafiz Məmmədov onu komandada görmək istəmir. İbrahm Uzunca da qışqıra-qışqıra dedi ki, “onun getməsi barədə Hafiz müəllim nəsə deyibsə, it olub bazada ulayacaq”. Sora əlində telefon çölə çıxdı, deyəsən, Hafiz müəllimə zəng eləmişdi. Sonra içəri girdi dedi ki, Hafiz müəllimin bu olanlardan xəbəri yoxdu və komandanı özü çıxardacaq meydana.

Bizdə bütün heyət sözü bir yerə qoyduq ki, “vobşe” oynamırıq. Ya İbrahim Uzuncayla oynayacaqdıq, ya da heç kimlə.

Bir də gördük ki, Zeynal müəllim (Zeynal Məmmədov) bazaya gəldi. Yaşarla Novruz müəllimi çağırdı yanına, başladı üstlərinə qışqırmağa, sonra da apardı otağına. Bizdə hamımız qaçdıq getdik ora ki, görək nə danışırlar.

Ordan çıxandan sonra Zenal müəllim dedi ki, gedin, hocayla çıxın futbolunuzu oynayın. Bizdə gəldik oynadıq”.

“Bakı”lı futbolçu bu hadisənin “Qarabağ”la oyuna təsir etdiyini də bildirdi: “Olan hadisələr bizə çox pis təsir etmişdi. İnanın ki, oyuna elə nastroyla çıxdıq ki, udmaq istəyirdik. Komandada baş məşqçiyə qarşı haqsızlıq edildi və bizdə bunu götürmədik. Onsuz da, biz hamımız Hafiz Məmmədova görə oynayırıq. Yoxsa, başqa adam olsa hamı çıxıb getmişdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail