Cavid Hüseynov: "Görünür, qismət belədi"

06.04.2015 | 3672 dəfə oxunub

"AZAL-la əvvəlki matçlarımız çətin olmuşdu. İki dəfə onlar qalib gəlmişdilər. Bunun əvəzini çıxmaq istəyirdik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib. Yığmamızın üzvü Premyer Liqanın XXVIII turu çərçivəsində AZAL üzərində qazanılan (4:0) qələbə ilə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb:

"Düzü, hesabın 4:0 olacağını gözləmirdik. Yaxşı oynayıb, layiqli və matça görə düzgün nəticəni əldə etdik. Bunadək ardıcıl 4 qələbə qazanmışdıq. Bu seriyanı 5-ə çatdırdıq. Oyundan-oyuna daha yaxşı çıxış edirik. İndi bu tempi saxlayıb, belə davam etməyə çalışacağıq".

Azərbaycan millisinin heyətində Maltaya da qol vuran yarımmüdafiiəçi son vaxtlar göstərdiyi məhsuldarlıqdan da danışıb. Premyer Liqada özünün 30-cu qolunu vuran, mövsümdə 8-ci dəfə fərqlənən Hüseynov karyerasının ən məhsuldar çempionatındakı göstəricini daha da yaxşılaşdırmaq əzmindədi: “Mənim üçün qol vurmaqdan daha çox qələbəmiz vacibdi. Amma özüm də hər qarşılaşmaya qol vurmaq istəyilə çıxıram. Yenə qol vuracağımı gözləsəm də, dubl edəcəyimi gözəmirdim. Elə alındı ki, 2 qol vura bildim. Son vaxtlar daha məhsuldar oynamağımın hər hansı sirri yoxdu. Görünür, qismət belədi. Həm də indi yaxşı formadayam. Daim əsas heyətdə yer alıram, inkişaf da gedir. Karyeramda bir mövsümə vurulan qol sayında ən yüksək göstəriciyə imza atdım. Buna çox sevinirəm. Daha çox qol vurmaq istəyirəm. Açığı, yayda “Qəbələ”yə keçəndə özlüyümdə götür-qoy edib, mövsümdə 6 qol vurmaq haqda düşünürdüm. Bu rəqəm mənim üçün yaxşı olardı. Amma artıq 8 qol vurmuşam. Hələ “Araz Naxçıvan”la nəticəsi ləğv olunan görüşdə də fərqlənmişdim. Mövsümün sonunadək qol sayımı artıra da bilərəm. Düşünürəm ki, bu rəqəmi 10-a çatdırmağım mümkündü”.

Fasilədə əvəzlənməsinə aydınlıq gətirən orta sahə oyunçusu “Simurq”la növbəti turun görüşü haqda da fikirlərini açıqlayıb: “Süni örtüklü meydanda oynayırdıq. Bu örtük də yaxşı vəziyyətdə deyildi. Burada zədə almaq, köhnə zədələri yeniləmək təhlükəsi var idi. Mənim də ayağımda əvvəldən qalma zədəm var. Fasilədə baş məşqçi risk etməyib, əvəzlənməyimi istədi. 4-cü yer uğrunda gərgin mübarizə gedir. “Simurq” da çox yaxşı komandadı. Bu gün onlar uduzdu. Bundan yararlanıb, 4-cü pilləyə yüksəldik. Növbəti turda onlarla qarşılaşacağıq. Doğma azarkeşlər önündə qalib gəlib, mövqeyimizi möhkəmlətməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail