"Qəbələ" 300-ə rekordla çatdı

06.04.2015 | 3077 dəfə oxunub

Premyer Liqasının XXVIII turunda səfərdə AZAL-la qarşılaşan “Qəbələ” 4:0 hesabı ilə qalib gəlib. Stadium.Az xəbər verir ki, “AZAL Arena”da əldə olunan bu böyükhesablı qələbə “qırmızı-qaralar”ın tarixinə rekord və yubileylərlə düşüb.

İlk dəfə BEŞ

Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan “qırmızı-qaralar” klub tarixinin yeni rekorduna imza atıb. Roman Qriqorçukun yetirmələri XXIII turda başlanan uğurlu seriyada 2 dəfə ev, 3 dəfə səfərdə 3 xal əldə edib. Fevralın 19-da “Xəzər Lənkəran”ı 3:1, martın 8-də isə “Sumqayıt”ı 2:0 hesabı ilə yenən komandamız ev matçlarında 2 top fərqinə sevinib. Çempionatın liderləri ilə səfər oyunlarında isə fərq minimal olub. Fevralın 28-də “Qarabağ”ı 1:0, martın 18-də isə “İnter”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” “5”ə 4 cavabsız qolla çatıb.

Premyer Liqada 2006/07 mövsümündə debüt edən “qırmızı-qaralar” bunadək ən yaxşı halda 4 ardıcıl qələbə qazanmışdı. Qəbələ təmsilçisi 2012/13 mövsümünün ilk, 2013/14 mövsümünün isə ikinci yarısında 4 qələbəni sıralamışdı.

“Qəbələ” – 300

AZAL-la oyunda vurulan qol “Qəbələ” üçün yubiley xarakteri daşıyıb. Bu matçadək Premyer Liqada 298 top vuran “qırmızı-qaralar” 300-ü fəth edib. Tarixi qolun müəllifi Viktor Mendi olub. 2006-cı ildə Premyer Liqada debüt edən komandamız 300-ə 265-ci oyununda çatıb. “Qəbələ” Mendinin qolundan sonra daha 2 dəfə fərqlənib, bu rəqəmi 302-yə çatdırıb. Bunlardan 162-si ev, 140-ı səfər qarşılaşmalarına təsadüf edib. Maraqlıdır ki, komandanı 300-ə çatdıran Mendi 150-ci qolun da müəllifi olub.

“Qəbələ”nin bütün yubiley qolları

1-ci qol - 2006/07 mövsümü
Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1
50-ci qol - 2007/08 mövsümü
Əli İsmayılov - 18.05.2008. Qəbələ - Masallı - 1:1
100-cü qol - 2009/10 mövsümü
Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0
150-ci qol - 2011/12 mövsümü
Viktor Mendi - 11.09.2011. Qəbələ - Turan (Tovuz) - 2:1
200-cü qol - 2012/13 mövsümü
Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1
250-ci qol – 2013/14 mövsümün
Leonardo da Silva – 02.02.2014. Sumqayıt – Qəbələ - 0:3
300-cü qol – 2014/15 mövsümü
Viktor Mendi – 05.04.2015. AZAL – Qəbələ – 0:4

“Qəbələ”nin qolları mövsümlər üzrə: 2006/07 – 17, 2007/08 – 33, 2008/09 – 28, 2009/10 – 36 (təsnifatda 24+ “altılıq”da 12), 2010/11 – 31 (təsnifatda 19+ “altılıq”da 12), 2011/12 – 43 (təsnifatda 27+ “altılıq”da 16), 2012/13 – 32 (təsnifatda 26+”altılıq”da 6), 2013/14 – 48, 2014/15 – 34.
Premyer Liqada “Qəbələ”nin ən azı 10 qolunu vuranlar: Viktor Mendi – 26, Luiz Paulo Hilario – 21, Yannik Kamanan – 16, Deon Barton – 15, Daniel Subotiç – 12, Kənan Kərimov, Vitali Balamestnı – hər ikisi 11.

Mendi – 30

“Qəbələ”nin Premyer Liqada 300-cü qolunu vuran Mendi qırmızı-qara formada 30-cu dəfə fərqlənib. Premyer Liqada 26, kubokda 4 dəfə rəqib qapılarına yol tapan seneqallı hücumçu yubileyə 120-ci matçında çatıb. Klub tarixinin ən məhsuldar futbolçusu olan Mendi ilk qolunu 2011-ci ildə vurub. O, 2011/12 mövsümündə 8, 2012/13 mövsümündə 6, 2013/14 mövsümündə 7, cari mövsüm 5 çempionat qoluna sevinib. Onun kubok qollarından biri 2011/12, üçü 2013/14 mövsümünə təsadüf edib.

Hüseynovdan rekord

AZAL-la qarşılaşmada dubla imza atan Cavid Hüseynov Premyer Liqada özünün yubiley – 30-cu qolunu vurub. Cari mövsüm 8-ci dəfə fərqlənən yarımmüdafiəçi karyerasının rekorduna imza atıb. O, “Qəbələ”də keçirdiyi ilk çempionatadək heç vaxt belə məhsuldarlıq nümayiş etdirməmişdi. Hüseynov indiyədək eyni mövsümdə ən yaxşı halda 6 dəfə rəqib qapısına yol tapmışdı. Bu da ötən mövsüm “Bakı”nın heyətində baş vermişdi. AZAL-la oyundan öncə həmin rekordunu təkrarlamış yarımmüdafiəçi artıq həmin göstəricisini yeniləyib. Cavid həm də “Qəbələ”də 5 və daha çox penalti vurub, hamısından dəqiq istifadə edən ilk oyunçu olub.

Qriqorçukla ilk

“Qəbələ” tarixində 34-cü, Premyyer Liqada 17-ci dəfə böyükhesabla qalib gəlib. 2015-ci ildə ilk dəfə 3 və ya daha çox top fərqilə qələbə qazanan “qırmızı-qaralar” bunadək Roman Qriqorçukun baş məşqçiliyi dövründə belə nailiyyət əldə etməmişdi. Komandamız sonuncu böyükhesablı qələbəsini 123 gün əvvəl - 2014-cü il dekabrın 3-də “Ağsu” ilə kubok matçında qazanmışdı – 3:0. Premmyer Liqada isə son belə uğur 396 gün əvvəl - ötən il fevralın 2-də “Sumqayət”la səfər matçında qazanılıb – 3:0. Komandamızın 3-dən çox fərqlə 3 xala sevinməsi isə sonuncu dəfə 1071 gün əvvəl qeydə alınmışdı. 2012-ci il aprelin 29-da “Qəbələ” öz meydanında “Bakı”nı 4 cavabsız qolla məğlub etmişdi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail