Vaqif Əliyev: "Jaba böyük futbolçu olsaydı, ..." - ÖZƏL

05.09.2011 | 10746 dəfə oxunub

"Bakı"nın futbolçusu Jaba saytımıza açıqlamasında "Simurq"u "kiçik klub" adlandırmışdı. "Simurq" klubunun idman direktoru Vaqif Əliyev Stadium.az saytının redaksiyasına zəng vuraraq Jabanın cavabını verib: "Mənim "Bakı" klubuna etirazım yoxdur. Klub rəhbərliyinə də hər zaman hörmətlə yanaşmışıq. Ancaq Jabaya cavab vermək istəyirəm. Jaba deyir ki, o, böyük futbolçudur, "Simurq" isə kiçik klubdur. Əvvəla, Jaba böyük futbolçu olsaydı, "Bakı"nın əvəzedici komandasında oynamazdı. İkincisi, böyük futbolçu komandadan qovulub geri qaytarılmazdı. Həmin böyük Jabanın komandası "Bakı"nı onların meydanında bir dəfə 1-0 hesabı ilə məğlub etdik, bir neçə gün əvvəl isə onlarla heç-heçə etdik (0-0). Böyük Jabanın komandası bizimlə oynadıqda Jaba özündən yaşca iki dəfə kiçik olan müdafiəçimiz Elvin Yunusovu bir dəfə də keçə bilmədi. Budurmu böyük Jaba? Bir daha deyirəm, mənim "Bakı" klubu ilə işim yoxdur. Sözlərim yalnız Jabaya ünvanlanır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail