Azərbaycan çempionatında 11 000-ci qol vuruldu

10.04.2015 | 3380 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Simurq” oyununda ölkə çempionatları tarixində yubiley qolu vurulub.

Stadium.Az xəbər verir ki, ev sahibi komandanın oyunçusu Ruslan Abışovun vurduğu qol ölkə futbolu üçün 11 000-ci qol olub.

Belə ki, 1:0 hesabı ilə başa çatan qarşılaşmayadək 1992-ci ildə start götürən milli çempionatlarda 10 999 qol vurulmuşdu. Cari mövsümün startına qədər bu rəqəm 10 720, XXIX turdan əvvəl isə 10 992-yə bərabər idi. Mövsümün 280-ci, turun 8-ci qolu yubiley xarakteri daşıyıb.

Ölkə çempionatlarında 10 000-ci qol 865 gün əvvəl - 2012-ci il noyabrın 25-də vurulmuşdu. Azərbaycan Premyer Liqasının 2012/13 mövsümünün XIV turunun “Bakı” – “Neftçi” oyununda Elvin Məmmədovun qonaqların qapısına vurduğu top ölkə futbol çempionatlarında 10 000-ci qol olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail