"Xəzər Lənkəran" hamını qabaqladı

05.09.2011 | 5392 dəfə oxunub

Premyer Liqanın geridə qalan dörd turu ərzində keçirilmiş 22 qarşılaşmada qapılara 53 qol vurulub. Stadium.az xəbər verir ki, avqust ayı üçün orta hesabla məhsuldarlıq göstəricisi hər oyuna 2,48 qol olub.
Ən sərrast futolçular isə hərəyə üç qol vuran Ceyhun Sultanov ("Kəpəz"), Emeka Opara ("Xəzər Lənkəran"), Bahodir Nəsimov ("Neftçi") və Sergey Artyuxdu ("Turan"). Qeyd edək ki, bombardirlərin hamısının hesabında 1 dubl var. 
Ən çox qol I tur çərçivəsində keçirilən "Kəpəz" - "Rəvan" qarşılaşmasında qeydə alınıb - 3:2. Ən böyükhesablı qələbəni isə "Neftçi" qazanıb. Son çempion III turda debütant "Sumqayıt"ı dörd cavabsız qolla məğlub etmişdi.
Dörd turda cəmi iki qarşılaşma qolsuz başa çatıb. Bunlar I turun "Qəbələ" - "Bakı" və II turun "Bakı" - "Simurq" qarşılaşmalarıdı. III turun tamamlanmamış "İnter" - "Bakı" qarşılaşmasında da hesab açılmamışdı. 
Keçirdiyi dörd oyunda rəqib qapılarına 9 dəfə yol tapan "Xəzər Lənkəran" klubu ən məhsuldar hücum xəttinə sahib komandadı. Qapısından 8 top buraxan "Sumqayıt" isə müdafiə xətti ən zəiflərdəndi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail