"Qəbələ"nin müdafiəçisi iddialı danışdı: "Bakıya qələbə üçün yollanacağıq"

12.04.2015 | 3523 dəfə oxunub

Premyer Liqanın XXIX turunun “Simurq”la oyunu (1:0) “Qəbələ”nin futbolçusu Ürfan Abbasov üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, müdafiəçi “qırmızı-qaralar”ın heyətində 90-cı matçını keçirib. Abbasov 6 oyunluq qələbə seriyası, yubiley, “Simurq”la ötən turun oyunu və “Neftçi” ilə qarşıdakı matç haqda fikirlərini gabalafc.az-la bölüşüb: 

"Komanda indi yaxşı formadadır. Bunun da nəticəsidir ki, ardıcıl qələbələr qazanırıq. Məşqçinin tapşırıqlarını tam yerinə yetirib, müsbət nəticələr əldə edirik. Bu uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Son qarşılaşmada qalib gəldiyimiz “Simurq”la görüş də bizim üçün çox vacib idi. Bu komandadan cəmi 2 xal öndə idik. Həm də onlarla son oyunlarımızda nəticə qazana bilmirdik. Bu dəfə meydanı 3 xalla tərk etməyimiz çox vacib idi. Komandamız da buna nail oldu. “Qəbələ” mənə doğma komandadır. 90-cı oyunumu oynadım. İstəyirəm 100-cü, 1000-ci oyunumu da burada keçirim. Növbəti turun “Neftçi” ilə oyunu da çətin olacaq. Bu matçda yalnız qələbə haqda düşünürük. Qarşılaşmanın hazırlıqlarına bu gün start veririk. Bakıya qələbə üçün yollanacağıq. 3 xaldan başqa heç nə haqda fikirləşmirik".

XXX turun “Neftçi” – “Simurq” qarşılaşması aprelin 17-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail