Əfran İsmayılov: "Qazaxıstan da bizim vəziyyətimizdədir"

05.09.2011 | 5319 dəfə oxunub

“Düzdür, Belçika ilə oyunda zəif oynadım. Burada həyəcandan söhbət gedə bilməz. Həm də yığma komanda səviyyəsində daha güclü rəqiblərlə qarşılaşırıq”. Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Belçika ilə oyunda ilk dəqiqlərdən meydana çıxan futbolçu ikinci hissədə əvəzlənməli oldu. Klubdakı oyununu yığmada nümayiş etdirə bilməməsi ilə razılaşan İsmayılov Belçika ilə görüşdə bunun müdafiədən oynamaları ilə bağlılığını qabardıb: “Belçika ilə qarşılaşmada oyunu müdafiədən qurmuşduq. Hücuma çox çıxmırdıq. Artıq bu matçı unudub Qazaxıstanla oyunu düşünürük”.

Qazaxıstanla oyun haqda da fikir bildirən yarımmüdafiəçi bu matçı karyerasının ən vacib görüşü adlandırıb: “Qazaxıstan da bizim vəziyyətdədir. Əsas odur ki, ciddi hazırlaşaq. Həm də bu mənim üçün ən vacib oyundur. Qələbə qazanmaq istəyirik”.

23 yaşlı futbolçu son oyunda pleymeykerin olmamasının oyununa necə təsir etdiyinə də aydınlıq gətirib: “Belçika elə komandadır ki, gərək bir qədər ehtiyatlı oynayaydıq. Oyundan öncə ən azı bir xal qazanmaq istədiyimizi açıqlamışdıq. Buna görə də çox sevinirəm. Əslində pleymeyker Rauf və mənə daha çox lazımdır. Çünki hücuma keçən zaman bizi topla pleymeyker təmin edir”. 

Mahir Şükürovla tandemindən razı qalan İsmayılov müdafiəçinin hücumamayilli çıxış etməsində problem görmədiyini deyib: “Mahir Şükürovla Makedoniya ilə oyunda da bir cinahda yer aldıq. O, özünütəsdiqləmiş futbolçularımızdandır. Sadəcə, müdafiədən oynayırıq. Ona görə də pleymeykerin olması lazım idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail