"Heç bir stadionda VİP zonadan çəkiliş aparılmır"

05.09.2011 | 5648 dəfə oxunub

Klub oyunlarından fərqli olaraq, milli komandanın keçirdiyi beynəlxalq görüşlərdə TV operatorlarının Tofiq Bəhramov adına Respublika stadionunun VİP ərazisindən çəkiliş aparmasına icazə verilmir. Stadium.az xəbər verir ki, Avro-2012-nin Belçika ilə sentyabrın 2-də baş tutan seçmə oyununda da eyni hal yaşanıb. Bu məsələyə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu aydınlıq gətirib. Onun sözlərinə görə, milli komandanın hər hansı oyununu çəkmək yalnız qarşılaşmanı canlı yayımlayan televiziya kanalının səlahiyyətindədir: “Buna baxmayaraq, ölkəmizdə futbolun təbliğinin daha yaxşı və operativ aparılması məqsədilə digər kanalların da müstəqil çəkiliş aparmasına şərait yaradırıq. Stadionun VİP ərazisindən çəkilişin aparılmasına qoyulan qadağa turnirin Əsasnaməsinə uyğun olaraq, UEFA nümayəndəsinin tələbi ilə əlaqədardır”.

AFFA rəsmisi məsələnin detallarını da izah edib: “Ümumiyyətlə, VİP təkcə assosiasiya rəhbərliyi və fəxri qonaqların oyunu izləməsi üçün ayrılan xüsusi zona deyil. Əgər oyunun gedişində hər hansı ciddi problem baş verərsə, Təşkilat Komitəsi üzvləri qərar qəbul etmək üçün məhz VİP zonada biraraya gəlməlidir. İkincisi, heç bir stadionda bu ərazidən çəkiliş aparılmır, çünki bu, bir tərəfdən VİP-də əyləşənlərin oyunu rahat izləməsinə, digər yandan isə təhlükəsizlik qaydalarının lazımi səviyyədə təmin olunmasına maneçilik törədir. Müqayisə üçün deyim ki, millimizin səfər oyunları zamanı heç bir stadionda VİP zonada çəkiliş aparılmasının şahidi olmamışıq. Bəzi oyunlarda hətta media sektorundan belə çəkilişlərə qadağalar qoyulur. Çünki qeyd etdiyim kimi, mövcud qaydalara görə, oyun zamanı stadionda çəkiliş aparmağa yalnız canlı yayım hüququna malik olan televiziya kanalının səlahiyyəti var. Ümid edirəm ki, qarşıdakı oyunlarda bir daha analoji problemlə üzləşməyəcəyik”.
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail