Qurban Qurbanov 43 yaşında...

13.04.2015 | 3807 dəfə oxunub

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. 1972-ci ilin bu günündə Zaqalatada dünyaya göz açan mütəxəssis ömrünün 43-cü baharını qeyd edir.

Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın", "Turan" Tovuz, "Kür-Nur", "Neftçi", "İnter" (Bakı), Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo", "Fakel", "Baltika, "Volqar" klublarında çıxış edən Qurbanov 1992-2005-ci illər ərzində Azərbaycan millisinin heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiri 2006-cı ildə karyerasını başa vurub.

2006-2008-ci illərdə "Neftçi"də baş məşqçi və idman direktoru vəzifələrində çalışan Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. O, Ağdam klubu ilə bir dəfə Azərbaycan kubokunun qalibi olub, bir dəfə Azərbaycan çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Stadium.Az saytının kollektivi olaraq, Qurban Qurbanovu əlamətdar gün münasibətilə təbrik edir, ona həyatda daha böyük uğurlar arzulayırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail