9 yaşlı Mikayıl: "Messi atamın dostudur" - MÜSAHİBƏ

14.04.2015 | 3639 dəfə oxunub

Haqqında danışacağım balaca istedad ilə təsadüfən tanış oldum. "İnter Arena"da veteran futbolçumuz Azər İsayevin məşqində. Topla rəftarı, hər iki ayaqla güclü zərbə vurmağı diqqətimi cəlb etdi. Xarici görünüşdən 11-12 yaşlı uşağa bənzəyirdi. Biləndə ki, cəmi 9 yaşı var düzü, çox təəccübləndim. Azər müəllimdən uşaq haqqında soruşanda Barselonadakı futbol akademiyalarından birinin tələbəsi olduğunu bildirdi. Balaca futbolçu məşqə ailəsinin yaxın dostu Rəşad bəylə gəlmişdi. Məşqi izləyə-izləyə Rəşaddan uşaqla bağlı bəzi məlumatlar aldım.

 

Cəbrayılov Mikayıl Məzahir oğlu 2006- il martın 2- Bakıda anadan olub. Əslən qobuludular. Futbolla 3 il əvvəl məşğul olmağa başlayıb. Ötən ilin iyuluna kimiNeftçi"nin uşaq futbol məktəbində Tural müəllimin qrupunda məşq keçən Mikayılı həmin vaxt atası Barselonada yerləşən bütün dünyada məşhur olanMarcett" futbol akademiyasına baxışa aparıb. Baxışdan uğurla keçən balaca futbolçu akademiyaya qəbul edilib. “Marcett" məşqlər ödənişlidir. Düzü, etik qaydalara görə Rəşaddan bu barədə nəsə soruşmadım. Amma bildiyim qədər akademiyada qalmaq üçün böyük məbləğdə vəsait lazımdır. Məzahir müəllim adamı olduğundan həmin vəsaiti qarşılamağa imkanı çatıb övladını Barselonaya göndərib.

Bəs, təhsil? Mikayıl 3- sinif şagirdidir. Barselonaya gedənə kimi Bakıdakı “British School"da təhsil alırmış. İngilis dilini bilməsi müəyyən mənada İspaniyada onun dadına çatıb. Buna baxmayaraq, akademiyada dərslər ispan dilində tədris olunduğundan ispan dilini öyrənmək vacibdir. Yeri gəlmişkən, Mikayılın 9 yaşı olmasına baxmayaraq 5 dildə danışa bilir - azərbaycan, ingilis, rus, ispan katalon. Təhsil məşqlər akademiyanın nəzdindəlir. Yaşamaq üçünsə atası kirayə ev tutub. Mikayılla Azər müəllimin məşqinin fasiləsində ayaqüstü söhbət elədim. Böyüklərdən fərqli olaraq onunla danışmaq bir qədər çətin oldu. Axı, uşaqla söhbət eləmək üçün gərək özün uşaq" olasan.

- Mikayıl, Bakı gözəldi, yoxsa Barselona?

- Barselona. Bakı da gözəldi. Amma Barselona daha çox xoşuma gəlir.

- Yəqin ki, orada boş vaxtın olur. işlə məşğul olursan?

- “Play station" oynayıram, dərslərimi hazırlayıram. Hərdən bir “Aqua Park"a, ya da şəhəri gəzməyə gedirəm. , bir dənizə getməyi xoşlayıram.

- İspanlarındənizi" yaxşıdı, ya bizim ki?

- Onların. Çünki təmizdi. Bizim dəniz isə çox çirklidi.

- Barselonada kiminlə qalarsan?

- Bibim ilə. Hər yerə onunla gedirəm.

- Dərslərin necədir? İspan dilində oxumaq çətin deyil ki?

- Yox, İspan dili asan dildi. Tez öyrəndim. Biz akademiyada həm katalon dilini öyrədirlər. İspan katalon dilləri çox oxşardı. Amma katalon dili bir qədər çətindi. Özü ş" hərfindən çox istifadə olunur. Ən yaxşı ingilis dilini bilirəm.

- Bəs, məşqlər?

- Dərsdən sonra məşq edirik. Komandamız da var. Yarışda 3- yerdə gedirik.

- Hansı mövqedə oynayırsan?

- Yarımmüdafiədə. Hücuma daha çox keçirəm. Hər oyunda 1-2 qol vururam. Amma müdafiədə oyunum daha yaxşı alınır.

- Azər müəllim yaxşı məşq keçir, ya ispan məşqçilər?

- Hər ikisi. Bakıya gələndə məşqlərdən uzaq düşməyim deyə, atam Azər müəllimin yanına göndərdi. Yaxşı məşqçidi. Mənə çox şey öyrədir.

- Mikayıl, öz dilimizdə danışmaqda bir qədər çətinlik çəkirsən.

 

Bu yerdə Rəşad söhbətə qoşulur. Onun sözlərinə görə ailədə daha çox rus dilində ünsiyyət qurublar. Məktəbdə isə ingilis dilində təhsil aldığından Mikayıl öz dilimizdə danışanda müəyyən qədər çətinlik çəkir. Barselonada bibisi Mikayılla ancaq azərbaycan dilində danışır ki, dilimizi yadırğamasın.

 

- Mikayıl, hansı ispan yeməyini xoşlayırsan?

- Heç birini. Bizim yeməklər kimi dadlı deyil. Bibim ancaq öz yeməklərimizi bişirir - düşbərə, dolma, dovğa...

- Barselonada Azərbaycan üçün darıxırsan?

- Əlbəttə. Əsas da atam, anam, balaca bacım üçün. Hər gün internetlə danışırıq.

- Heç, “Barselona"nın oyunlarını stadiondan izləyibsən?

- Yox. Ancaq televizordan baxıram.

- Bəs, futbolçularla necə, görüşmək imkanı olub?

- . Bir dəfə Messi atama əl yelləyib. Messi atamın dostudu. Restoranda tanış olublar. O vaxtdan dostdular.

- Hansı futbolçunu xoşlayırsan?

- Messini. Bir Neymarı.

- Bəs, özümüzünkülərdən?

- ...

- İspan dilində azərbaycanlılara demək istərdin?

- Te quiero Azerbaiyan.

- Bu, deməkdi?

- Səni sevirəm, Azərbaycan.

 

Biz səni sevirik. Mikayıl. Sədan həmişə yüksəklərdən gəlsin.

 

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail