Zöhrab Əliyev: "Fikirləşirəm ki, elə düz elədim "Simurq"dan ayrıldım" - MÜSAHİBƏ

14.04.2015 | 4074 dəfə oxunub

"Simurq"un sabiq meneceri Zöhrab Əliyevin müsahibəsi

 

Zöhrab, “Simurq"dan ayrıldıqdan sonra Premyer Liqanın oyunlarını dərəcədə izləyə bilirsən? Ümumiyyətlə, çempionatın səviyyəsi səni qane edir?

- Bəli, çempionatın oyunlarını izləyirəm. Düzdür, boş vaxtım elə çox olmur buna görə daha çox vaxt internet vasitəsi ilə oyunlara baxıram. Televiziya ilə izləməyə vaxtım olmur. Həm televiziyada göstərilən oyunların çəkilişi keyfiyyətli deyil. Avropadakı çəkilişlə bizim çempionat oyunlarının çəkilişi arasında çox böyük fərq var. Səbəb tək bunlar deyil. Çempionata azarkeş marağı da yoxdur. Oyunlarda olan sürət çox aşağıdır. Komandalar sürətli oyundan daha çox vaxt uzatmağa üstünlük verirlər. Bir sözlə, çempionatın səviyyəsi çox aşağı düşüb. Məsələn, hər oyunda futbolçuların orta hesabla topla oynadıqları dəqiqələri hesablasaq, başqa ölkələrdən xeyli geri qalarıq. Bu isə futbolçuların fiziki hazırlığının da aşağı səviyyədə olduğunu göstərir. Bütün bunlar isə birbaşa yığma komandaya təsir edir. Mübarizə yox səviyyəsindədir. Tək kəlmə ilə akademik futbol.

- Deməli, azarkeşlər stadiona gəlməməkdə düz edirlər.

- Azarkeş hansı oyuna gəlib baxsın? Komandaların müdafiədə bir-birlərinə top ötürməsinə? 2005-ci ildəNeftçi" - “Qarabağ" qarşılaşmasını Tofiq Bəhramov adına Respublika stadionunda 19 min azarkeş izləmişdi. İndi isə 700 nəfər gəlir. Onların da çoxu fan-klub üzvləridi. 2006-08-ci illər aralığında stadionlar dolu idi. “Karvan"ı misal göstərmək olar. Hər oyuna 5 min azarkeş gəlirdi. Hamısı da biletlə. Aralarında kişilər var idi, xanımlar daFanatlar gün sayırdılar ki, komandalarının oyunu olsun, stadiona gəlsinlər. Nostalji hisslərdi. PFL-in mətbuat katibi Aslan Şahgəldiyev məni yaxşı başa düşər. “Xəzər Lənkəran", “MKT Araz", “Turan", “Kəpəz"... “MKT Araz"ın İmişlidə keçirdiyi hər oyuna 10 min azarkeş izləyirdi. Aidiyyatı şəxslərə demək istərdim ki, çempionatın göstəricisi budur, cənablar!

- Necə düşünürsən, sabiq klubunSimurq" bu mövsüm avrokuboklara vəsiqə qazana biləcək?

- Şansları var. Əsas rəqibləriQəbələ" AZAL-. Mənə görə, daha çox şansQəbələ"dədir. Həm maliyyə, həm yanaşma cəhətdən. Daha etibarlı komanda qismində isə AZAL-I görürəm. Məşqçilər korpusu az büdcə ilə yaxşı komanda qura biliblərHəm, guya çıxıb neyləyəcəklər ki? Keçən ilQəbələ" çıxdı nəticəsi utancverici oldu. Halbuki rəhbərlik qədər işlər görür. Avropada bu cür dəstəkdən hamı razı qalardı. Bir fikir verin görəcəksiniz ki, ilk mərhələdə bizimlə qarşılaşan komandaların həm büdcsi aşağıdır, həm heyətdəki legionerlərinin sayı azdı. Həmişə demişəm ki, 10-12 legioner gətirib hərəsinə 150 min verməkdənsə, həmin pula daha səviyyəli 5 legioner gətirmək daha yaxşıdır. Həm cavan futbolçular o futbolçulara baxıb isə öyrənsin, həm komandaya faydaları dəysin. Bir legionerin puluna iki təbii örtüklü meydança salmaq olar. Sintetik örtüklər futbolumuzun düşmənidir

- U-17 U-19 yığmalarımızın elit-raunddakı biabırçı çıxışının səbəbini nədə görürsən?

- Az öncə yuxarıda göstərdiyim səbəblərdə. Süni meydançalar, legionerlərin çoxluğu, bəzilərinin yerli futbolçuların inkişafı deyil, pulu düşünmələri. Hələ bu günə qədər belə zəif gülünc nəticə olmamışdı. Həm U-17, həm U-19-un səviyyəsi sıfıra bərabərdir. Oynamasaydılar, daha yaxşı idi. Mirbağır İsayev çox istedadlı güclü məşqçidir. Lakin əlində olan futbolçuların səviyyəsi yalnız ilk mərhələni keçməyə imkan verdi. Heç kim araşdırmır, pis nəticənin səbəblərini üzə çıxarmır, çatışmazlıqları aradan qaldırmır. Hər şeyə uşaq məhlə futbolundan başlamaq lazımdır. U-19 yığmamızın baş məşqçisinin soyadını da bilmirəm. Amma nəticələrini hamı gördü. Məgər bizim öz məşqçilərimiz ondan zəif çıxış edərdi?

- Cahangir Hacıyevin Beynəlxalq Bankdan istefasından sonraİnter" Simurq"un gələcək taleyi sual altına düşüb. HəttaSimurq"un dağılacağı gözlənilir. Səncə, bu, dərəcədə realdı?

- Bunu zaman göstərəcək. Cahangir müəllim bizim futbol üçün çox işlər görüb. Bu mənada hər iki komandanın dağılmasının ümumi olaraq Azərbaycan futbolunun ziyanına olacaq. Ümid edək ki, hər hansı bir problem yaşanmayacaq.

- Bizdə klublar adətən bir nəfərdən aslı olur. Həmin şəxsin işlərində bir azca axsama olan kimi, dərhal kluba təsir edir. AFFA bunun qarşısını almaq üçün klublara müşahidə şurası yaratmağı təklif edib. Azərbaycan futbolunda bu variant effekt verə bilər?

- Bunun fərqi nədir ki? Onsuz da son söz pul verən şəxsdə olacaq. Ona görə hamısı mənasızdır. Guya Klublar Komitəsi niyə yaradılıb? Nəyisə yaradanda məqsəd olmalıdır. Çempionatın yayım hüququ voleybol topuna oxşayır. Gah klublarda olur, gah da PFL-. Bunu istənilən klub azarkeşi müzakirə edə bilər. Biz daha böyük nəticələr gözləyirik. Amma əvəzində yerimizdə dayanmışıq, bəzən isə arxaya gedirik. Ümidvaram ki, futbolumuzun başında duranlar, eləcə klublar jurnalistlər əl-ələ tutub futbolumuzu inkişaf etdirəcəklərABŞ-ın sabiq prezidentlərindən birinin belə bir sözü var idi ki, fikirləşmə Amerika sənin üçün edib, fikirləş ki, sən Amerika üçün etmisən. Gəlin barmağımızı qatlayaq görək, kimlər Azərbaycan futbolu üçün edib. Çox istərdim ki, Rüstəm Rəhimov, Asim Xudiyev, Nazim Süleymanov, Asəf Namazov, Vladislav Qədirov, İqor Ponomaryov, Dmitri Kramarenko, Vidadi Rzayev kimi mütəxəssislər kölgədə qalmasınlar. Görün dərəcəyə çatmışıq ki, Bruxti kimi futbolçuları yada salan yoxdur. Allah ona rəhmət eləsin. Fikrimcə, onların adlarını  hər hansı stadiona   meydançaya vermək olar.

- Klublarımızdakı marketinq-piar fəaliyyətinin sıfıra bərabər olmasının səbəbini nədə görürsən?

- Mentalitetdə. Çox sadə anormal bir səbəb. Futbolumuzda yaxşı görmüş insanları qabağa çəkib mükafatlandırmaqdansa, onları cəzalandırırlar. PFL- Unibankın əməkdaşlığını nümunə gətirə bilərəm. Hanı həminqəhrəmanlar"? Hansı ki, boş yerə PFL-ə o qədər gəlir gətirdilər. Həmin insanlar hər dəfə kubokun finalında şirkətlərlə danışığa gedib uduşa pulsuz maşınlar qoyurdular. Onlar da həmin pulsuz maşını finalda azarkeşə verirdilər. Belə sponsorun verdiyi pulla yaşamağa var ki. Amma bir legionerə verilən pula iki təbii örtüklü meydança salsınlar, deyim ki, daşdan pul çıxardılar.

- “Neftçi"nin Müşahidə Şurasınınü üzvü Bəhram Bağırzadə deyib ki, boş qalmış tribunaları doldurmağın yollarını bilir. Doğurdan da belə bir yol var?

- Bəhrama görə çox sevindim. Çingiz Abdullayevə görə həmçinin. İkisi möhtəşəm insanlardı kumirlərimdi. Hər ikisinə yeni işlərində uğurlar arzulayıram. Stadionları doldurmağa gəlincə, bunun çox sadə yolları var. Ancaq nədənsə bizim klublar azarkeşləri stadionlara qaytarmaq əvəzinə gələnləri stadiondan qaçaq salırlar, onları futboldan küsdürürlər. Əgər 2005-ci ildə başlanan proseslər bu günə qədər davam etsəydi, klublarımız büdcələrinin bir hissəsini məhz gələn gəlirlər hesabına bağlaya bilərdilər. Bəhram doğurdan da dediyini edə bilsə, onafutbol ordeni" vermək lazımdır.

- Bizim futbolçularımızın ölkə xaricinə çıxa bilməməsinin əsas səbəbini nədə görürsən?

- Rəqabətə dözə bilmirlər. Həm maliyyə baxımından xaricdə gedib oynamaq onlara sərf etmir.

- 21 23 yaşa qədər olan futbollçuların maaşlarına limit qoyulması ilə bəlkə bu problem düzəldi?

- Münasibət yox, sadəcə, həmin futbolçulara məsləhətim var. Həmin pulu aldığınız üçün Allaha şükür edin. Cənab prezidentimiz AFFA prezidenti hər şeyi həll edir. Müəllim ayda 250 manat maaş alır, amma ölkəyə futbolçulardan çox xeyir verir. Bir daha deyirəm, aldıqları puldan narazılıq etməsinlər, əksinə, buna görə şükür etsinlər.

- Bayaq süni meydançaların ziyanından bəhs etdin. Həmin süni meydançalardan biri sənin vaxtilə çalışdığınSimurq" klubuna məxsusdu. Zaqatala kimi gözəl bölgədə təbii örtükdən qaçıb süni örtüyə üstünlük verən klubun Azərbaycan futboluna hansı xeyrindən danışmaq olar?

- Xeyirden yox, ancaq ziyanından  danışmaq mümkündü. Halbuki bu danışığın özü mənasızdır.

- “Simurq"dan ayrılmağın xeyli müəmmalı oldu. Klub prezidenti Anar Bəkirovla çox yaxın münasibətdə olan insan idin. baş verdi?

- Çoxları məni onunsağ əli" hesab edirdilər. Bəli, bu klubda çox gördüm, 4- yeri tutduq. Anar Bəkirovdan çox şey öyrəndim bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıram. Ancaq biz hamımız kimdənsə nədənsə asılı insanlarıq. Şəxsən mən öz ailəmdən ambisiyalarımdan asılı insanam. Vaxt keçdikcə fikirləşirəm ki, elə düz elədimSimurq"dan ayrıldım.

- “İnter" oyundan əvvəl Kaxaber Sxadadze ilə dalaşmışdın. Gedişində bu amilin rol oynadı? Yəni, Sxadadze tərəfindən sənə qarşıtorba" tikildi.

- SSRİ dövründə 5 illik plan var idi. Sxadadze 5 ildir Azərbaycanda ustalıqla bu planı doldurdu. Onun tək mənimlə problemi olmayıb. Hamı ilə problemi olub. Jurnalistlərləazarkeşlərlə, Nizami SadıqovlaYunis Hüseynovla, öz klubunun prezidenti Georgi Nikolovla, hətta, topdaşıyan uşaqla da. Yəqin ki, planı doldu qayıdır Gürcüstana. Bildiyimizə görə, Gürcüstanda da bəzi hərəkətlərinə görə, onu futboldan 2 illik uzaqlaşdırmışdılar. Mənimlə olan  davaSimurq"dan gedişimə səbəb ola bilməzdiÇünki o hadisə sadəcə, statistik bir toqquşma idi. Həmin oyundan sonra həmİnter"in o vaxtkı vitse-prezidenti, həm başqa şəxslər zəng vurub saatlarla üzr istədilər. Futbolçu kimi isə haqqında ən gözəl anlar yadıma düşür. Bu barədə onun haqqında danışmağım düz çıxmaz. Ən azındanMançester Yunayted" Ayntraxt"da oynadığına görə.

- Jurnalistlərin sənə münasibəti birmənalı olmadı. Böyük əksəriyyət belə düşünürdü ki, Zöhrab medianı Anar Bəkirova yaxın buraxmır, jurnalistlər haqqında mənfi fikir söyləməklə tərəflər arasında soyuqluq yaradır. Ümumiyyətlə, medianı klubun içinə buraxmamaq üçün çox cəhdlər etmisən. Bu suala da cavab verməyini istərdim.


- Guya mən gedəndən sonra nəsə dəyişib? Məgər mən mətbuat katibiyəm? Sadəcə, kimsə bilərəkdən bu məsələdə adımı çəkərək özünü sudan quru çıxarmaq istəyir. Mənim vaxtımdaSimurq" cəmi bir sayta reklam verirdi. Bu gün yalnız həmin sayta reklam verilir. Mənim o qədər işim var idi ki...  Heç belə şeylərə qarışmağa vaxtım da yox idi. Həm o vaxt klub rəisinin göstərişi var idi ki, heç kim mediaya müsahibə, açıqlama verməsin. Yalnız mətbuat katibindən başqa.

"Het-trik news" q'zeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail