Ruslan Abışovdan iddialı açıqlama

19.04.2015 | 3054 dəfə oxunub

"Düşünürəm ki, ilk üçlüyə düşmək uğrunda mübarizədə ən çətin rəqiblərimizdən biri ilə matçda vacib qələbə qazandıq. Artıq bu oyundan sonra Avropa Liqasına getmək şansımız daha da artdı". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Ruslan Abışov Premyer Liqanın 30-cu turunda "Neftçi"yə qalib gəldikləri oyun (3:1) haqda danışarkən deyib.  
  
Təcrübəli futbolçu komandasının qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağını deyib: "Son 7 turda sərgilədiyimiz oyunu davam etdirə bilsək, istəyimizə nail ola biləcəyik. Amma yenə də arxayınlaşmaq olmaz. Elə növbəti turda bizi çətin Lənkaran səfəri gözləyir. Gənc futbolçulardan təşkil olunmasına baxmayaraq, “Xəzər Lənkaran” hələ də iddialı rəqibdir. 

Bu matçda da qələbə qazanmağa çalışacağıq. Çünki komandamız bu gün yaxşı səviyyədədir. Çoxları düşünür ki, “Qəbələ” Azərbaycan kubokundan kənarda qaldığı üçün daha yaxşı oyun sərgiləyir. Kubokda da mübarizəni davam etdirmək istərdik. Amma bu o demək deyil ki, kubokda olmadığımız üçün Premyer Liqada güclü təsir bağışlayırıq. Sadəcə bir məqsədimiz var - hər oyundan yalnız qələbə ilə ayrılmaq". (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail