"Heç vaxt turnir cədvəlinə baxıb, fikir söyləmirəm"

19.04.2015 | 2922 dəfə oxunub

Premyer Liqanın XXX turunda “Neftçi”nin qonağı olan “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib, qələbə seriyasını 7-yə çatdırıb. Stadium.Az xəbər verir ki, qarşılaşmada ilk qolu “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Aleksey Qay vurub. 33 yaşlı legioner “Qəbələ”nin heyətində 2-ci dəfə qol sevinci yaşayıb. Qış fasiləsində heyətə cəlb olunan Qay buna 13-cü matçında nail olub. 2015-ci ildə baş tutan 11 çempionat və 2 kubok oyununun hamısında 90 dəqiqə meydanda olan futbolçu “İnter”lə səfər oyununda da (2:1) hesabı açmışdı. Ukraynalı futbolçu matçla bağlı fikirlərini gabalafc.az-a açıqlayıb: 

“Ardıcıl 7 qələbə qazandıq. Vacib olan qalib gəlməyimizdir, bu seriyanın 7 matçdan ibarət olması isə artıq statistikadır. “Neftçi” ilə qarşılaşmada daha təşkilatlanmış oyun göstərdik. Bunun da nəticəsində rəqibimizə özünün güclü tərəflərini nümayiş etdirməyə imkan vermədik. Özümüz isə əksinə, oyunla bağlı bütün düşüncələrimizi yerinə yetirdik. Bunu təkcə rəqibi yaxşı təhlil etməklə əlaqələndirməzdim. Qarşılaşmaya tam konsentrasiya olmuşduq. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, istədiyimiz nəticəni qazandıq. Heç vaxt turnir cədvəlinə baxıb, fikir söyləmirəm. Bu üzdən bürünc mükafat şanslarından danışmaq istəmirəm. Biz hər oyunda maksimum nəticə üçün mübarizə aparırıq. Düzdür, komandamızın qollarından birinə imza atdım. Amma futbolda vurulan qol bütün komandamın əməyinin nəticəsidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail