Finalın bir addımlığında

20.04.2015 | 3424 dəfə oxunub

Sabah ölkə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Stadium.Az xəbər verir ki, matçlardan biri əyalətdə, digəri isə paytaxtda baş tutacaq.

İlk olaraq Zaqataladakı oyun start götürəcək. Burada yerli "Simurq" "Qarabağ"ı qəbul edəcək. Bakıdakı ilk oyunda Ağdam klubu minimal hesablı qələbə qazanmışdı - 1:0. Bu mənada "köhlən atlar"ın finala çıxmaq şansları daha yüksək qimətləndirilir. Ancaq "Simurq" da əsas diqqətini kuboka yönəltdiyindən meydanda bütün gücünü ortaya qoyacaq. Georgi Çixradzenin Premyer Liqanın son turunda əsas heyətin bir neçə üzvünə istirahət verməsi də əyalət təmsilçisinin kubok iddiasından xəbər verir. Mövsümü "qızıl dubl"la tamamlamaq istəyən "Qarabağ" da ən azı minimal üstünlüyünü qoruyub saxlmağa çalışacaq.

Bakıda isə "İnter" ilk oyunda 0:2 hesabı ilə uduzduğu "Neftçi"ni qəbul edəcək. Əslində "ağ-qaralar" finalın taleyini elə birinci görüşdə həll ediblər desək, yəqin ki, yanılmarıq. Amma "İnter"in artıq taleyi ilə barışdığını düşünmək də sadəlövhlük olar. Kaxaber Sxadadze bütün imkanlarını səfərbər edəcək ki, ən azı oyunu əlavə vaxta daşısın. Mövsümü titulla başa vurmaq və "İnter"dən major notlarla ayrılmaq istəyən gürcü mütəxəssis "Neftçi"yə asan təslim olmayacaq. "Neftçi"nin də kuboka olan iddiasını nəzərə alsaq, "İnter Arena"da baxımlı futbol görəcəyimizi düşünmək olar.


Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları

21 aprel

18:00. "Simurq" - "Qarabağ"

İlk oyun - 0:1


19:00. "İnter" - "Neftçi"

İlk oyun - 0:2



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail