"Qaradağ Lökbatan"a sərt cəza və ciddi xəbərdarlıq

21.04.2015 | 2934 dəfə oxunub

AFFA İntizam Komitəsinin son iclasında birinci divizionun hesabat turunda qeydə alınan qayda pozuntuları da müzakirə olunub.

Stadium.Az xəbər verir ki, I divizionun XXIV turunun “Rəvan” – “Qaradağ Lökbatan” matçının 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayevin göstərişilə meydançanı tərk etmişdir. Klub prezidenti öz hərəkətləri ilə yaranmış vəziyyəti daha da gərginləşdirmiş, hakimləri təhqir etmişdir. Lakin matçın hakim-inspektorunun təkidi ilə oyun 12 dəqiqədən sonra bərpa olunmuş və matç sona qədər oynanılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edi:
     
“Rəvan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” klubu meydanı tərk edərkən klubunun prezidenti Tahir Mustafayev geniş kütlə qarşısında hakimlər briqadasın və hakimlər komitəsin təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 2000 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” klubu meydançanı özbaşına tərk etdiyinə görə klub 1000 manat cərimə olunubBu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaqdır.
 
Oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun 77 №-li futbolçusu Ceyhun Cavadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
 
“Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
MOİK – “Mil-Muğan” matçının 56-cı dəqiqəsində “MOİK” klubunun 14 №-li futbolçusu Araz İbadlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail