Qurban Qurbanov: "Çixradzeyə "sağ ol" deməliyəm"

21.04.2015 | 3158 dəfə oxunub

"Tam olaraq, nəticə üçün oynadıq. Ağır bir səfərə çıxmışdıq. Futbolçularda psixoloji, fiziki yorğunluq vardı".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Simurq"la qolsuz heç-heçəni şərh edib:

"Futbolçuları təbrik edirəm ki, xarakter göstərdilər. Azarkeşlərimizi təbrik etmək istəyirəm. “Simurq” barədə isə ancaq xoş sözlər söyləyə bilərəm. Bir zaqatalalı olaraq, baş məşqçi George Çixradzeyə "sağ ol" deməliyəm. Qismət belədir. Biz yolumuza davam edirik".

Qurbanov Premyer Liqanın növbəti turunda "Neftçi" ilə keçirəcəkləri oyuna da toxunub: "Oyunçularım qarşıdakı matçlarda da xarakter nümayiş etdirməlidirlər. Hiss elədiniz ki, “Simurq”la oyunun son dəqiqələrində sürət zəiflədi. Ola bilsin ki, "Neftçi" ilə çempionat oyununda da belə olsun. Çünki yorğunluq var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail