6-cı dəfə finalda

22.04.2015 | 3582 dəfə oxunub

"Qarabağ" Azərbaycan kubokunun ½ final mərhələsinin cavab qarşılaşmasında "Simurq"la qolsuz bərabərlilkə final oyununa vəsiqə qazanıb. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, tarixində 7-ci dəfə ölkə kubokunun həlledici matçına vəsiqə qazanan komanda 3 dəfə kuboku muzeyinə aparıb.

"Simurq" - "Qarabağ" qarşılaşması başqa məqamlarla da yadda qalıb. Cari mövsüm artıq 6-cı dəfə baş tutan dueldə komanda yenə də Zaqatala təmsilçisinə yenilmədi. Amma əvəzində ağdamlıların 5 oyunluq qələbə seriyası qırıldı. Belə ki, "Qarabağ" çempionatda baş tutan 4 oyunun hamısında "sarı-qara"lı komandaya qalib gəlmişdi (1:0,3:2, 1:0, 2:0). Aprelin 13-də isə yarımfinalın ilk qarşılamsındakı 1:0-lıq qələbəylə komanda qalibiyyət seriyasını 5-ə çatdırmışdı.

Göründüyü kimi, "Qarabağ"a vəsiqə qazandıran oyun qələbə seriyasının qırılmasıyla nəticələnib. Beləliklə, Ağdam klubu 6 ildən sonra yenidən finala vəsiqə qazanıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 2009-cu ildə, komandadakı ilk ilində kuboku "Qarabağ"ın muzeyinə gətirmişdi. Bu dəfəki rəqib isə "Neftçi" olacaq. İyunun 3-də, Qəbələ şəhər stadionunda tərəflər kuboku götürmək üçün meydana çıxacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail