Lənkəranda futbol inkişaf edir VİDEO

22.04.2015 | 4013 dəfə oxunub

Lənkəranda populyar idman növləri sırasında ilk pillələrdə idmanın şahı sayılan futbol qərarlaşır. Stadium.az  "Region TV"yə istinadən xəbər verir ki, rayonda futbolun inkişafı isə ötən əsrin 60-cı illərindən başlayıb. O dövrdə Lənkəranı təmsil edən “Xəzər” komandası olub ki, həmin vaxtlarda keçirilən çempionatlarda müxtəlif uğurlara imza atıb. Bu tendensiya indi də davam etməkdədir. Hazırda cənub rayonunda, Azərbaycan Premyer Liqasında çıxış edən “Xəzər-Lənkəran” klubundan başqa, bir neçə uşaq futbol komandaları da fəaliyyət göstərir. Burada futbol bir vaxtlar təkcə şəhər ərazisini əhatə etsə də, indi bu sərhəd daha da genişlənib. İndi kəndlərdə də müxtəlif çempionatlarda uğur qazanan kollektivlər mövcuddur. Bunu Cənub bölgəsi üzrə “AFFA”nın təşkilatçılığı ilə, Lənkəranda 11-15 yaşlı futbolçular arasında keçirilən çempionatda da görmək mümkündür. Bütün bunlar bu sahənin inkişafına, eyni zamanda gələcəkdə peşəkar futbolçuların yetişməsinə xidmət edir.

Rayonda bu idman növünə marağın başlıca amili isə, heç kəsə sirr deyil ki, “Xəzər-Lənkəran” klubu və onun qazandığı nəaliyyətlərdir. Cənub təmsilçisinin istər ev, istərsə də səfər oyunlarında tribunaların azarkeşlə dolması, komandanın dayanmadan dəstəklənməsi “Xəzər-Lənkəran”-a və futbola olan sevginin göstəricisidir.

Lənkəranda futbolun populyar idman növü olmasını qız futbolunun inkişafında da görmək mümkündür. Hazırda Uşaq Gənclər İdman Məktəbinin nəzdində 2 yaş qrupunda – 13 və 19 yaşlı qızlardan ibarət futbol komandası var ki, onlar da müxtəlif yarışlarda inamlı nəticələr qazanıblar. İki lənkəranlı xanım futbolçu da milli komandanın üzvüdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail