Sadıq Sadıqov: "Bəziləri buna görə klub ətrafında yeni mövzu yaratmağa çalışıblar"

22.04.2015 | 3762 dəfə oxunub

"Neftçi"nin sabiq prezidenti, klubun Müşahidə Şurasının üzvü Sadıq Sadıqov haqqında yayılan son xəbərlərə münasibət bildirib. Stadium.az xəbər verir ki, Sadıqov Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə mübahisə etdikləri barədə deyilənləri təkiz edib:

"Səhhətimlə əlaqədar "Neftçi"nin son iki oyununu buraxmalı oldum. Görünür, bəziləri buna görə klub ətrafında yeni mövzu yaratmağa çalışıblar. Guya mənim Çingiz Abdullayevlə nəsə problemim var. Bizim yaşlılara hörmətimiz var. Tanınmış yazıçımıza qarşı isə xüsusi hörmətim var. Aramızda da heç bir mübahisə olmayıb. Bir müddət öncə klubun müşahidə şurasının iclasında birgə qərarlar qəbul etmişik. Məsələlərdən biri də klubun loqotipini dəyişməklə bağlı idi. Qərara gəldik ki, bu barədə ictimaiyyətlə, fanatlarla müzakirədən sonra qərar qəbul edək. Onlar necə istəsə, elə də edəcəyik. Təcrübəli futbol adamı kimi Çingiz Abdullayevin yanında olacağam və ona kömək edəcəyəm". (azerisport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail