Millimizin sparrinq-rəqibi dəqiqləşdi

23.04.2015 | 3621 dəfə oxunub

Azərbaycan milli komandasının Serbiya yığması ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib.

Stadium.Az "Report"a istinadən xəbər verir ki, bu barədə millinin baş məşqçisi Robert Prosineçki məlumat verib.

Onun sözlərinə görə, görüş iyunun 7-də yığmanın Avstriya toplanışı çərçivəsində baş tutacaq. R.Prosineçki məhz Serbiyanın rəqib seçilməsinin səbəbini də açıqlayıb:

"İyunun 12-də Norveç millisi ilə "Avro-2016"nın seçmə qrup matçında üz-üzə gələcəyik. Rəqib güclü komandadır. Bilirəm ki, bizi çətin oyun gözləyir. İstəyim o idi ki, Norveçlə oyundan öncə güclü rəqibə qarşı yoldaşlıq görüşü keçirək. Artıq Serbiya ilə oynayacağımız dəqiqləşib. Komandamın güclü rəqiblərə qarşı oynamasını istəyirəm. Çünki belə oyunlarda çox şey görmək olur".

Yoldaşlıq görüşünün stadionu və saatı hələlik açıqlanmır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail