"Qəbələ" rekordları sıralayır

26.04.2015 | 2956 dəfə oxunub

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXI turunda “Xəzər Lənkəran”la qarşılaşıb. Stadium.az xəbər verir ki, səfər oyununda 1:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” üçün qarşılaşma rekord və yubileylərlə əlamətdar olub. Roman Qriqorçukun yetirmələri həm ümumi, həm də səfərdə qazanılan qələbə sayında ən yüksək nəticəyə imza atıb.

Ardıcıl 8-ci qələbə

“Qəbələ” həm öz tarixinin, həm də mövsümün rekordunu yeniləyib. Belə ki, bunadək hesabındakı 7 ardıcıl 7 qələbə ilə hər iki rekorda imza atan “qırmızı-qaralar” öz nəticələrini daha da yaxşılaşdırıb. Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri “Xəzər Lənkəran”la matçda başlayan seriyasını elə bu komanda ilə görüşdə də davam etdirib. Bu matçadək komandamız “Xəzər Lənkəran”ı 3:1, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0, “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin ən uzun qələbə seriyası (texniki nəticələr nəzərə alınmamaqla) “Kəpəz”ə məxsusdur. Gəncə təmsilçisi 1997/98 və 1998/99 mövsümlərində ardıcıl 20 qələbə qazanıb. 8 və daha çox qələbədən ibarət seriyaların ümumi sayı 26-ya bərabərdir. “Qəbələ”nin nəticəsi son 2 mövsüm üçün mütləq, son 4 çempionat üçün şərikli rekorddur. 
İlk dəfə “5”
“Qəbələ” həm də Premyer Liqada ardıcıl 5 səfər oyununda qələbə qazanıb. Fevralın 10-da “Simurq”la qarşılaşmada (0:2) xal itirən “qırmızı-qaralar” Lənkərandakı minimal hesablı qələbəyədək “Qarabağ”ı 1:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. Bu da klub tarixinin yeni rekordudur. 2012-ci ilin sonundakı 4 qələbədən ibarət rekord yenilənib. Həmin vaxt komandamız “Qarabağ”ı 2:1, “Rəvan”ı 3:1, “Sumqayıt”ı 1:0, “Turan”ı 2:0 hesabı ilə üstələmişdi.

2183 gündən sonra

Belə ki, ilk dəfə 2006-cı ildə “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” indiyədək 1 dəfə səfərdə rəqibinə qalib gəlmişdi. Bu da 2009-cu il mayın 3-də baş tutan çempionat oyununa təsadüf etmişdi. Həmin görüşdən 2183 gün sonra Lənkəranda qalib gələn “Qəbələ” həmin vaxt 3 xalı 2:1 hesablı qələbə ilə əldə etmişdi. Sonrakı 6 ildə səfərdəki 10 oyunda (9 çempionat, 1 kubok) “qırmızı-qaralar” 4 heç-heçə edib və 6 dəfə məğlub olmuşdu. Ümumilikdə isə komandamız 15 səfər oyununda 2 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə məğlub olub.

Rekordun 2 addımlığında

“Xəzər Lənkəran”la oyunda yeganə qolu vuran Cavid Hüseynov şəxsi rekordunu yeniləyib, qol hesabını 10-a çatdırıb. Yarımmüdafiəçi həm də “Qəbələ”nin tarixində 2-ci nəticəyə imza atıb. Yalnız Daniel Subotiç bir mövsümdə daha çox qol vurub. O, 2013/14 mövsümündə 12 dəfə fərqlənib. Çempionatın sonuna 4 oyun qaldığından Hüseynov 2 addımlığında olduğu rekorda da çatmaq imkanına malikdir. 

12-ci bombardir

Cavid Hüseynov “Qəbələ” karyerasında qol hesabını 10-a çatdırıb. Kubokda fərqlənməyən yarımmüdafiəçi Premyer Liqada 10 dəfə rəqib qapılarına yol tapıb. O, bununla da klub tarixində 10 və daha çox qol vuranların sayını 12-yə çatdırıb. Belə ki, Hüseynovdan başqa, Viktor Mendi 31, Dodo 23, Rövşən Əhmədov 20, Kənan Kərimov 18, Yannik Kamanan 17, Deon Barton 15, Daniel Subotiç 13, İbrahim Hüseynov və Vitali Balamestnı hərəsi 12, Rəşad Yusubov 11, Samir Zərgərov 10 qol vurub.

Çempionatda 8-ci

Premyer Liqada isə 10 və daha çox qol vuranların sayı 8-ə çatıb. Caviddən başqa, Viktor Mendi 27, Dodo 21, Yannik Kamanan 16, Deon Barton 15, Daniel Subotiç 12, Kənan Kərimov və Vitali Balamestnı hərəyə 11 dəfə fərqlənib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail