Klublarımızın legionerləri yığmada fərqlənə bilmədi

07.09.2011 | 5299 dəfə oxunub

Dünən Avro 2012-nin və DÇ 2014-ün seçmə mərhələsinin oyunları keçirilib. Stadium.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən legionerlərin millidəki aqibətləri müxtəlif olub.

Avro-2012-nin seçmə mərhələsinin son oyunlarında Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan 3-ü üçün ikili təsir bağışlayıb. “Rəvan”ın futbolçusu Artur Kotenko, AZAL-ın üzvü Robert Petrov və “Neftçi”nin müdafiəçisi İqor Mitreski yığmalarının qələbəsinə sevinsə də, özləri ehtiyatda qalıb. Kotenko Estoniyanın Şimali İrlandiya üzərində darmadağınına (4:1) şad olub. Mitreski ilə Petrov isə Makedoniyanın Andorra üzərində minimal hesablı qələbəsinə şahid olub – 1:0. 

“Bakı” klubunun futbolçusu Deyvidas Çesnauskis Litva yığmasında növbəti oyununu keçirib. O, Avro-2012-nin seçmə mərhələsinin Şotlandiya ilə oyununda da meydana çıxıb. Deyvidasın komandası səfər matçında 0:1 hesabı ilə uduzub. Çesnauskis bu qarşılaşmada 90 dəqiqə meydanda olub. 

Moldova milli komandasının avro-2012-nin seçmə mərhələsində keçirdiyi növbəti oyunda “Bakı”nın futbolçuları da iştirak edib. Aleksey Savinov və Vadim Borets Macarıstanla qarşılaşmada komandalarının şərəfini qoruyublar. Lakin “Bakı”lılar da Moldovanı xilas edə bilməyib və Kişinyovda 0:2 hesablı məğlubiyyətə üzülüblər. Bizim Premyer Liqada çıxış edən legionerlər bu görüşdə 90 dəqiqə əvəzlənmədən meydanda olublar. 

Avro-2012-nin seçmə mərhələsinin F qrupunda lider dəyişikliyi baş verib. Son matçlaradək 2-ci olan Xorvatiya liderliyi Yunanıstanın əlindən alıb. Buna Ellada təmsilçisinin Latviya yığması ilə matçda xal itirməyi səbəb olub. 1:1 hesabı ilə bitən qarşılaşmada “Bakı”nın üzvləri də iştirak edib. Həm Latviya yığması, həm klubda baş məşqçi olan Aleksandr Starkov və onun köməkçisi İqor Klosov iki futbolçuya da güvəniblər. “Bakı”nın müdafiəçisi Denis İvanov 90 dəqiqə oynadığı matçda kapitan funksiyasını yerinə yetirib. Maris Verpakovski isə start heyətində yer alsa da 77-ci dəqiqədə əvəzlənib. “Qəbələ”nin qapıçısı Pavel Doroşev isə ehtiyatda qalıb. 

Avro-2012-nin seçmə mərhələsinin Lüksemburq – Albaniya oyununda Azərbaycan Premyer liqasında çıxış edən 3 futbolçu da iştirak edib. Albaniya yığmasının şərəfini qoruyan “bizimkilər” 1:2 hesablı məğlubiyyətə üzülüblər. “Qarabağ”ın üzvləri Admir Teli və Ansi Aqolli start heyətində meydana çıxıb və hər ikisi cəzalanıb. Teli 35-ci dəqiqədə sarı vərəqə alıb. Bu isə onun seçmə mərhələdə 2-ci vərəqəsidir və Admir növbəti matçı buraxacaq. Ansi isə 55-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb. Elə o da digər komanda yoldaşı kimi növbəti oyunu buraxacaq. AZAL-ın üzvü Ervin Bullku isə 62-ci dəqiqədə meydana daxil olub. 

DÇ-2014-ün seçmə mərhələsinin Asiya zonasında növbəti oyunlar keçirilib. Bakının “Neftçi” klubunun futbolçusu Bahodir Nasimovun şərəfini qoruduğu Özbəkistan yığması güclü Yaponiya millisi ilə qarşılaşıb. Öz meydanında oynayan özbəklər bu matçda 1 xal qazana biliblər – 1:1. Bahodir 90 dəqiqə ehtiyatda qalıb. “Neftçi”nin hücumçusu bir neçə gün əvvəl Tacikistanla matçdakı qələbəni də (1:0) ehtiyatdan izləmişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail