Cavid Hüseynov Subotiçi keçmək istəyir

28.04.2015 | 2293 dəfə oxunub

"Xəzər Lənkəran"la oyun çətin oldu. Qarşılaşma gözlədiyimiz kimi alınmadı. Komandamızın sürətli, özünəxas oyun üslubu var. Lakin Lənkəranda bunu nümayiş etdirə bilmədik. Amma əsas olan nəticədir ki, buna da nail olduq. Çətinliklə də olsa, ardıcıl 8-ci qələbəmizi qazana bildik". 

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın 31-ci turunda "Xəzər Lənkəran"a qalib gəldikləri oyun (1:0) haqda danışarkən deyib. 

"Qəbələ"nin qələbə qolunu vuran C.Hüseynov komandasında sürətin çatışmadığını bildirib: "İlk yarıda oyunumuzun alınmadığını deməzdim. 3 qol imkanımız oldu. Viktor Mendi, Bəxtiyar Soltanov və Ekiqo Ehiosun fərqlənə bilərdilər. Amma ümumilikdə komandada sürət çatmırdı. “Qarabağ”la qarşılaşmada daha yaxşı çıxış edib, öz oyunumuzu göstərəcəyik. Doğma azarkeşlərimiz önündə daha baxımlı futbol sərgiləyəcəyik”.

Mövsümdə 10-cu qolunu vuran Hüseynov Premyer Liqanın bombardirləri yarışında 3-cü pillədə qərarlaşıb. Ən məhsuldar futbolçu adına şərik çıxmaq üçün 3 qol vurmalı olan yarımmüdafiəçi klub rekordunu təkrarlamağa da yaxındır. Belə ki, “Qəbələ”də bir mövsümə ən çox qol vuran futbolçu Daniel Subotiç ötən çempionatda 12 dəfə fərqlənmişdi. Hüseynov üçün avrokuboklara yaxın olan "qırmızı-qaralar"ın çempionatı bürünc medalla başa vurması daha vacibdir: 

"Yenə qol vurmağımı dəyişiklikdən sonra mərkəzdə oynamağımla əlaqələndirməzdim. Mənim üçün mərkəzdə və ya cinahda oynamağın fərqi yoxdur. 10-cu qolu vursam da, indidən bombardirlik yarışına qoşulmağım haqda danışmaq tezdir. Hələ 3 qol lazımdır. Əgər növbəti turda “Qarabağ”a da qol vursam, o zaman bombardirlikdən danışmaq olar. Daniel Subotiçə məxsus klub rekorduna da çatmaq, yeniləmək istəyərdim. Amma əsas medallar uğrunda mübarizədir. Avrokuboklara bürünc mükafatçı kimi yollanmağımızı istəyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail