Ramin Musayevi ləkələməyin arxasında nələr və kimlər dayanır?

BU İŞDƏ MOLLA PƏNAH VAQİFLƏ RAMİN MUSAYEVİN NƏ ƏLAQƏSİ VAR?

17.01.2011 | 6999 dəfə oxunub

Bu gün saytlardan birində Ramin Musayevlə bağlı ilk baxışda adama maraqlı, hətta şok gələcək, amma dərinliyinə gedəndə absurd çıxacaq xəbər yer alıb. Xəbərdə bildirilir ki, PFL prezidenti Ambassador oteldə  eyş-işrətlə məşğul olub və xərclədiyi bütün pulları AFFA-nın hesabından «sildirib». Bu, heç də inandırıcı görünmür. Məsələ ondadır ki, Musayevin AFFA-da Elxan Məmmədov kimi mehriban düşməni var. PFL prezidenti bunu billə-bilə, nə üçün öz qrumunun adından yox, xərcələnən pulları məhz AFFA-nın ünvanından çıxarıb? Məntiqsizdir, deyilmi? Axı hansı ağılsız vəzifə sahibi eyş-işrətə xərclədiyi pulları başqa bir qrumun adına göndərər? Azərbaycan futbolunun altını və üstünü çox gözəl bilən, uzun müddət polisdə işləyən bir insan bunu edirmi? Təbii ki, yox.

rn

Bəs bu sənədlər haradan ortaya çıxıb? Yavaş-yavaş anladaq, siz də agah olun. Sənədlərin sayta keçməsinin səbəbkarı Babək Quliyevdir. O Babək ki, onu hakimlikdən qovmuşdular. Daha demirik iti məsciddən qovan kimi, amma qovmuşdular. Həmin Babək bu sənədləri ələ keçirərək ötürüb sayta. Babək necə ələ keçirib sənədləri? Bu sənədlərə möhür vuracaq və ya onu təsdiqləyəcək AFFA görəvlisinin oğlu ötən il dekabr ayının 15-də elə anasının çalışdığı Assosiasiyadan qovulub. Valideyinin beynini yeyən Babək onu inandırıb ki, övladının işdən qovulmasının səbəbkarı Ramin Musayevdir. O da buna inanaraq, sənədləri Babəkə, keçmiş hakim də sayta ötürüb. Təbii ki, Ambassador oteldə işləyən şəxs də onlarla bir olub. Məsələdə Babəkin bunu nə üçün etdiyi məlumdu. Bəs otel işçisinin marağı nə olu? Bu barədə kiçik bir araşdırma apardıq. Öyrəndiyimizə görə, həmin otel işçisi yaxşı qadınlarının, hətta özünə yaxın insanların belə «xidmətini» Musayevə təklif edib. O isə buna yox dediyindən, otel işçisi bu yola əl atıb.

rn

Başqa bir fakt da var ki, o da sənədlərin Musayev adına «girdirmə» olduğunu sübut edir. İngilis dilini bilən və bu sənədlərə diqqət yetirən hər kəs görə bilər ki, pullar Ambassador otelə nəğd ödənilib. Yəni bunu AFFA ödəməyib, müştəri pulunu ödəyib, siyarişini edib. Amma sənədlərdən və yazıdan belə anlaşılır ki, Musayev sifariş edib, sonra da ödəniləcək pulu AFFA-ya ödətdirib.

rn

Bu məsələylə bağlı Ambassador otellə də əlaq saxladıq. Oteldə vəzifə sahibi olan, ancaq adının bu işdə hallanmasını istəməyən şəxsin sözlərinə görə, Ramin Musayev üçün oteldə xüsusi endirim var. Musayev hələ klubda işləyəndə komandaya gələn futbolçular bu oteldə qalırmış. Daimi müştəri olduğu üçün, Ramin Musayevin adına oteldə xüsusi endirim var. Bu səbəbdən də, otelə gələn futbolçular bir qayda olaraq bu endirimdən yararlanmaq üçün, məhz Musayevin adından istifadə edirlər. Bunun üçün də, yazılan çeklər Musayevin adına yazılır.

rn

Sənədlərdə AFFA adının göstərilməsi isə sadəcə texniki səhv olub.

rn

Yuxarıda yazlınlardan anlaşılmasın ki, «Stadium.Az» saytı bu «olayda» Musayevi Sudan quru çıxarmaq niyyətindədir. Məsələ ondadır ki, göstərilən sənədlər özü suludu. Sadəcə, ölkə futbolu üçün hər cür iş görməyə hazır olan bir insan üçün, ləkələyici xarakterli yazılarla biganə qala bilmərik. Bu səbəbdən də, məsələyə pərdənin nə arxasından, nə də önündən, sadəcə düz olan yönündən münasibət bildirdik. Sön nöqtəni isə bir Molla Pənah Vaqifin başına gələn bir hadisəylə bağlayırıq:

rn

Günlərin bir günü, bir çoban Vaqiflə məzələnmək istəyir. Özünü verir Mollanın yanına:

rn

- Molla, salam.

rn

- Salam.

rn

- Sizə bir işim düşüb, daha doğrusu itimin işi düşüb.

rn

Molla çobanın fikrini anlayır və «buyur» söyləyir:

rn

- Yuxuda gördüm itim mənə deyir ki, ona göz dəyib. Sürüdən iki canlı qoyun ayırım (Mollaya gətirdiyi qoyunları göstərir), sənə verim, əvəzində itimə bir nəzər duası yazasan ki, itə göz dəyməsin.

rn

 

rn

Molla bunu deyir və «mığı-mığı» gülməyə başlayır.

rn

Kefini qəti pozmayan Vaqif cavab verir:

rn

- Bir halda ki, sən qoyunları gətirmisən, mən itinə dua yazaram.

rn

Əlinə bir parça kağız və qələm alan Molla Pənah Vaqif çobanın gətirdiyi qoyunlara baxıb və işarə edərək duanı uca səslə deyərək yazır:

rn

Gözüm düşdü ətinə,

rn

Dua yazdım itinə.

rn

Kim bu sirri açsa,

rn

S... onun  g...  !..

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail