"Məni Sadıq Sadıqov "Neftçi"yə gətirdiyi üçün işdən çıxartdılar" - MÜSAHİBƏ

30.04.2015 | 3510 dəfə oxunub

“Neftçi” klubunun icraçı direktoru Elnur Məmmədov heç bir səbəb olmadan komandanın təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayevi işdən azad edib. Stadium.Az Musayevin işdən çıxarılması ilə bağlı verdiyi müsahibəni təqdim edir: 


- Vaqif müəllim, bildiyim qədər sizi işdən çıxardıblar. Niyə?

- Belə deyim də, mən səbəbin bilmirəm. Ötən gün ənənəvi olaraq işə getdim və bazada eşitdim ki, kimsə ora gəlib. Amma bununla bağlı klubdan mənə heç kim nəsə deməmişdi. Sonra öyrəndim ki, Hamlet adlı bir şəxsdir. Mənim işçimin məzuniyyət vaxtı idi. Klubda kadrlar şöbəsinə yaxınlaşıb ki, məzuniyyət götürsün. Ona bildiriblər ki, ayın birindən işə yeni rəis çıxacaq. Gözlə, o gəlib qol çəksin. Mənə həmin işçi və xadiməçilər dedi ki, “Vaqif müəllim, sizin xəbəriniz var, sizi işdən çıxardıblar?!”. Bildirdim ki, xeyr. Sonra kadrlar şöbəsinə yaxınlaşdım və aydın oldu ki, ötən gün iclas olub və orada məni işdən azad ediblər.

- “Neftçi” kimi bir klubda təhlükəsizlik xidmətinin rəisi çalışırdınız. Sizə heç bir söz demədən işdən çıxarmaların necə qiymətləndirirsiz?

- İş saatı səhər 10-da başlamasına baxmayaraq, mən həmişə 9:00-da, 9:30-da işdə olmuşam. Axşam isə işdən hamı saat 7-də, 8-də çıxırsa, mən klub rəhbərliyi bazadan ayrılmamış oranı tərk etməmişəm. Bu, həmişə belə olub. İşimdə heç bir nöqsan olmadan məni azad ediblər. Mənə belə deyildi ki, yeni işçi yuxarıdan göndərilib və başqa çarələri qalmayıb. 

- Belə bir söhbət olub ki, Sadıq müəllim klubun prezidentliyindən getdiyində siz də ayrılmaq istəmisiz, amma qoymayıblar?

- Mənə başqa adam heç nə deməyib. Sadıq müəllim vəzifədən ayrılanda mən getmək istəmişəm. Ancaq elə Sadıq müəllimin özü bildirdi ki, hələ gözləyim. O dedi ki, yaxşı işçiyəm və niyə də getməliyəm, qalım işləyim. Sonrasın isə bilmirəm...

- Sizi işdən çıxartma üçün ən azından Müşahidə Şurasının iclası olmalıdır. Amma belə bir iclas da olmayıb...

- Bəli, indiki halda belə olmalıdır. Bu, çox qeyri-peşəkar addım idi. Müşahidə Şurası ondan ötrü yaradıldı ki, qərarı bir yox, bir neçə tanınmış şəxslər  versin. Ancaq indi Müşahidə Şurasının mənim işdən çıxarılmağımdan heç bir xəbəri yoxdur. Hamısı klubun içraçı direktoru Elnur Məmmədovun işləridir. Mənə deyəndə ki, yeni rəis ayın birindən işə çıxacaq, mən də getdim, istefa ərizəmi yazdım. 

- Demək olar ki, sizi kluba Sadıq müəllim gətirdiyi üçün, indi oradan kənarlaşdırılmısız? Yəni Elnur Məmmədov Sadıq Sadıqovun adamların klubdan uzaqlaşdırır. Bir növ təmizləmə əməliyyatı deyək də...

- Bəli, şəxsi fikrimdir. Mən klubun eks -rəhbərinin adamı olduğum üçün, yəni məni Sadıq Sadıqov işə gətirdiyi üçün indi belə addım atırlar. İndiyədək işimdə heç bir nöqsan olmayıb və bir nəfərdə məndə nöqsan tutmayıb. “Neftçi”nin bütün oyunlarında təhlükəizlik xidmətinin təşkilatçılığı yüksək səviyyədə olub. Qonaq komandaların qarşılanması və yola salınması hər zaman yüksək səviyyədə təşkil edilib. Hələ bu vaxta qədər heç bir klub bizdən narazı qalmayıb. Məni Sadıq Sdıqov “Neftçi”yə gətirdiyi üçün işdən çıxartdılar.

- “Neftçi” kimi bir klubda Təhlükəsizlik Xidmətinin rəisinin işdən çıxarılmasın həmin şəxsə xadiməçilərin söyləməsin necə qiymətləndirirsiz?

- Əlbəttə, bu, sadəcə biabırçılıqdır. “Peykannıda bir kişi tapılmadı ki, gəlib mənə bunu desin?!” Getdim onlara etirazımı da çox kəskin şəkildə bildirdim. Burda söhbət məni işdən çıxartmaqdan getmir. Heç kim iş yerində əbədi deyil. Söhbət 5 il bir yerdə işləyən insana qarşı edilən hörmətsizlikdən gedir. Mənə isə gülməli açıqlama verirlər. Guya burda 5 ildi işlədiyimə görə, rəhbər şəxslər mənə deməyə utanıb. Heç kim də utanmayıb, sadəcə artistlik edirlər. İş ondadır ki, xadiməçilər gəlib mənə bunu deməsəydilər, mən may ayının birində işə gələcəkdim və görəcəkdim ki, yerimdə başqası əyləşib.

- Siz əvvəllər dövlət işlərində işləmisiz?

- Bəli, düz 8 il Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Mühafizə xidmətində çalışmışam və bu müddətdə də heç bir nöqsanım olmayıb. O zaman ali təhsilim orta idi. Sonra isə ali təhsil almağa başladım və universitetdə əyani oxuduğuma görə işimdən ayrılmalı olmuşdum. 

- “Neftçi”nin yeni rəhbərliyi indi ingilis, portuqal, ispan və fransız dillərini bilən işçilər axtarır. Bəlkə buna görə sizi də işdən çıxardıblar?

- Mən də şəxsən özlərindən bu barədə eşitmişəm. İş onlar üçün önəmli deyil, əsas dil bilməkdir.  Təhlükəsizlik xidməti çox çətin və məsuliyyətli işdir. Mən “Neftçi”də işlədiyim müddətdə iki dəfə fəxri fərmana layiq görülmüşəm. Şəxsən AFFA prezidenti Rövnəq Abdullayevin imzası ilə tərifnamə almışam. İndi belə çıxır ki, bunlar Rövnəq müəllimdən də çox bilirlər?

Mən “Neftçi”də həmişə kişi adamlarla işləmişəm. Həmin kişilər işdən getdikdə mən də ayrılmaq istəmişdim. Bayaq da sizə bildirmişdim, amma kişi sözünə görə qaldım. İndi isə klubda söz sahibi məclislərdə çay paylayan bir şəxsdir (icraçı direktor Elnur Məmmədovu nəzərdə tutur). Bu adam mənim rəhbərim də ola bilməz. Mən gedib hardasa semiçka, peraşki satıb işləməyə hazıram, amma bu çay paylayanla işləməzdim. Yenə deyirəm, mən “Neftçi”dən ayrılırdım, sadəcə kişi sözünə görə qalmışdım. Amma görünür, indikilər kişi sözünün nə olduğun da bilmirlər.

Qafqazinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail