Qriqorçuk: "Məqsədimiz 4 oyunun hamısında qalib gəlməkdir"

30.04.2015 | 2839 dəfə oxunub

Kubokun yarımfinal oyunlarının nəticələrı “Qəbələ”nin işinə yaradı. Stadium.Az xəbər verir ki, “Simurq”un yarışdan kənarda qalması çempionatda 4-cü yeri tutan komandanın da Avropa Liqasında iştirak edəcəyini dəqiqləşdirdi. Hazırda bu pillədə qərarlaşan “qırmızı-qaralar” xal hesabında “Simurq”dan irəlidədir.

Baş məşqçi Roman Qriqorçuk avrokuboklara vəsiqə hələ rəsmiləşmədiyindən təbrikə lüzum görmür: “Razıyam, yarımfinal oyunlarının nəticələri “Qəbələ”yə psixoloji üstünlük qazandırıb. Belə deyərdim, hazırda üzərimizdə güclü təzyiq yoxdur. Lakin bununla belə, əsas vəzifə qarşıdakı oyunlara qələbə ruhunda köklənməkdir. Şəxsən mən indidən hadisələrin hansı məcrada davam edəcəyini düşünməklə beynimi yormuram. Onu bilirəm ki, gücümüzü buna sərf etməməli, yalnız işləməli və irəli baxmalıyıq. Onda hər şey istədiyimiz kimi olacaq”.

“Qırmızı-qaralar” son səfər oyunlarında qazandığı 6 xaldan sonra ardıcıl 2-ci mövsümdə bürünc medalçı olmaq şansını artırıb. Baş məşqçinin bu məsələyə də baxışı birmənalı deyil: “Biz nə 4-cü, nə də 3-cü olmaq barədə düşünürük. Hazırda bütün diqqətimizi növbəti matça yönəltmişik. Məqsədimiz bundan sonra keçirəcəyimiz 4 oyunun hamısında qalib gəlməkdir”. ("Qəbələ" İK qəzeti)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail