Nazim Süleymanovun yubiley matçının vaxtı bilindi

30.04.2015 | 2807 dəfə oxunub

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi, veteran futbolçu Nazim Süleymanovun 50 illik yubileyi Rusiya Federasiyası Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqazda qeyd olunacaq. Stadium.Az xəbər verir ki, bu barədə "Neftçi" Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, N.Süleymanov bu yaxınlarda Vladiqafqazda Şimali Osetiyanın baş naziri, ikiqat olimpiya çempionu Soslan Andiyevlə görüşüb. Görüşdə əfsanəvi futbolçunun vaxtilə çıxış etdiyi "Alaniya" və "Neftçi"nin veteranları arasında yubiley münasibətilə yoldaşlıq görüşünün keçirilməsinə dair razılıq əldə olunub. Görüşün mayın 23-də təşkili nəzərdə tutulub.

Nazim Süleymanov 17 fevral 1965-ci ildə anadan olub. O, 1983-1990-cı illərdə "Neftçi"də, 1991-1996-cı illərdə "Alaniya"da çıxış edib. N.Süleymanov Vladiqafqaz komandasının heyətində Rusiya çempionu və ikiqat gümüş mükafatçısı olub. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail