"Simurq"da vəziyyət gərginləşir: "Hakimlər komandanı "yıxdı"

01.05.2015 | 5014 dəfə oxunub

"Komanda üzvləri ilə iclas keçirdik və bildirdik ki, mövsümün sonunadək maaşlar ödənilməyəcək".

Stadium.Az xəbər verir ki, bu sözləri "Simurq" klubunun icraçı direktoru Vaqif Əliyev "Report"a açıqlamasında deyib.

Klubda yaranan maddi problemlərdən danışan icraçı direktor getmək istəyən futbolçuları komandada saxlamayacaqlarını bildirib: "İclasda futbolçulara dedik ki, kim istəsə gedə bilər. Açıq söhbət oldu. Onlar da mövsüm sonunadək komandada qalacaqlarını bildirdilər. Öz köməklərini "Simurq"dan əsirgəmədilər. Baxmayaraq ki, futbolçular mart-aprel aylarının maaşlarını hələ almayıblar. Ağsaqqal olaraq onların qarşısında baş əyirəm. Aldadılası, gizlədiləsi bir şey yoxdur".

Klub rəsmisi baş məşqçi Georgi Çixradzenin də hələlik komandada qalacağını deyib. Onun sözlərinə görə, hansı futbolçu getmək istəsə, transfer vərəqi veriləcək: "Hətta bəzi futbolçular növbəti mövsümdə də komandada qalacağını, vəziyyətin düzələcəyinə ümid etdiklərini bildiriblər. Bəlkə də kubokda yolumuza davam etsəydik, Avropa Liqasına vəsiqə qazansaydıq, belə olmazdı. Zaqatalanı 6 ballıq zəlzələ yıxa bilmədi (2012 və 2014-cü illərdə Zaqatalada 6 bal gücündə zəlzələ olmuşdu - red), amma onun klubunu hakim haqsızlıqları yıxdı. "Qarabağ"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda təmiz qolumuzu saymadılar və yolumuzu kəsdilər".

V.Əliyev yalnız komandanın yarımmüdafiəçisi Benjamin Lambotla yolların ayrılacağını deyib: "Lambot ailə məsələləri səbəbindən Belçikaya qayıdacaq. O, vətəninə gedəcəyini əvvəlcədən bildirmişdi".

Hazırda turnir cədvəlinin 5-ci pilləsində olan "Simurq" Azərbaycan Premyer Liqasının XXXII turunda "İnter"lə oyunda xal itirəcəyi halda, avrokubok şanslarını tam itirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail