"Neftçi" "Stadium Tour" layihəsinə start verdi

01.05.2015 | 3376 dəfə oxunub

“Neftçi”nin Müşahidə Şurasının ilk iclasında qəbul olunmuş “Stadium Tour” layihəsinə start verilib. Stadium.Az klubun saytıpna istinadən xəbər verir ki, layihənin ilk qonaqları 16 yaşlı qızlardan ibarət komandamızın üzvləri olub.

Görüşdə futbolçular əvvəlcədən müəyyən olunmuş marşruta əsasən “Bakcell Arena” stadionunun ərazisini gəziblər. Onlara ilk olaraq arenanın media mərkəzi və mətbuat zalı göstərilib. Daha sonra qonaqlar stadionun “Neftçi” PFK-ya aid paltardəyişmə otağında olublar. “Neftçi”nin Müşahidə Şurasının üzvləri, veteran futbolçular – Mübariz Zeynalov, Səməd Qurbanov, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və digər nümayəndələr “Mix Zone”nın qarşısında futbolçularla görüşüblər. Rəsmilər “Neftçi”nin tarixində qızlardan ibarət ilk komandanın üzvlərinə öz tövsiyələrini verib və onlara karyeralarında uğurlar arzulayıblar. Bundan sonra “Stadium Tour” meydançada gəzinti ilə davam edib.

Qonaqlara “Neftçi”nin rəmzi olan hədiyyələr - forma və şərf təqdim olunub. Mərkəzi “Skybox”ları gəzən futbolçulara stadionun “catering” bölməsi göstərilib. Tədbirin sonunda qonaqlara xatirə şəkilləri təqdim olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail