"Simurq"lu futbolçular "çökməklə" Azərbaycanda futbola cavabdeh şəxslərə ismarıc göndərib

02.05.2015 | 4688 dəfə oxunub

"Simurq" klubunun futbolçuları Premyer Liqasının XXXII turu çərçivəsində "İnter"lə matçın (2:3) start fitindən sonra bir dəqiqəlik meydanda oturaraq, son hadisələrə etirazını bildiriblər. Stadium.az xəbər verir ki, klubun rəsmi saytı futbolçuların aksiyası ilə məlumat yayıb.

Bildirilir ki, qarşılaşmadan bir gün öncə klub rəhbərliyi iclas keçirərək, son hadisələr haqqında futbolçuları məlumatlandırıb və vurğulanıb ki, son üç ay üçün olan əmək haqlarını vermək üçün komandanın maliyyə durumu yetərli deyil: “Əgər yetərli maliyyə qaynağı əldə olunarsa, müqavilənin son gününə qədər olan bütün borclar ödəniləcək. Mövcud vəziyyətdə sona qədər heyətdə qalmaq istəməyən futbolçular komandanı tərk etməkdə sərbəstdirlər. Buna görə klub tərəfindən heç bir etiraz olmayacaq. Kim qalacaqsa, onlarla mövsümün sonuna qədər davam edəcəyik. Hər bir kəsə son üç ayda olan problemlərə baxmayaraq, işinə peşəkarlıqla yanaşdıqlarına görə təşəkkür edilib”.

Saytda vurğulanır ki, qarşılaşmada baş verən hadisə Zaqatalada futbolun yaşaması üçün göstərilən etiraz idi: “Klub olaraq, bununla Azərbaycan futboluna cavabdeh olan şəxslərə bildirmək istədik ki, regionda insanların sevdiyi idman növünün yaşaması üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışsınlar. Etiraz aksiyası oyunçularımızın şəxsi fikirləri idi və qarşılaşmadan öncə klub rəhbərliyinə belə bir hərəkət edəcəklərini bildirmişdilər. Biz isə onların bu fikirlərini dəstəkləmişik. "Simurq" Peşəkar İdman Klubu olaraq futbolçularımıza, əməkdaşlarımıza və məşqçi heyətinə hər şeyə görə çox təşəkkür edirik. Azarkeşlərimizə hər an yanımızda olduqlarına görə minnətdarıq. İdman mediasına da minnətdarıq ki, Zaqatalada futbolun yaşaması üçün lazım olan dəstəyi göstərirlər”.

Hazırda klub rəhbərliyi Zaqatala şəhərini təmsil edən "Simurq" Peşəkar İdman Klubunun yaşaması üçün lazımi şəxslərlə danışıqları davam etdirir. Klub prezidenti Anar Bəkirov artıq AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

Məmmədov bildirib ki, futbol qurumu olaraq "Simurq"un yaşaması üçün lazımi dəstək göstəriləcək və növbəti mövsümdə Zaqatala təmsilçisi maliyyə cəhətdən heç bir çətinlik çəkməyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail