Naci Şensoyla Musa Süleymanov arasında narazılıq yaranıb

HƏTTA BAŞ MƏŞQÇİ «TURAN»DAN GETMƏK DƏ İSTƏYİB

17.01.2011 | 3866 dəfə oxunub

«Turan»ın prezidenti Musa Süleymanovun futboldan anlayışının olmaması məlumdu. Bu azmış kimi, Süleymanov komandanın baş məşqçisi Naci Şensoyla yola getmir. Aldığımız məlumata görə, Şensoy komandaya gəldiyi zaman prezident ona söz verib ki, heyətə yeni, həm də daha səviyyəli futbolçular cəlb edəcək. Amma Musa müəllim bunu etməyincə, Şensoy da ona narazılığını bildirib. Əvəzində isə Süleymanov komandanın Tovuzda qaldığı hər gün üçün Gürcüstandan Ən azı 5-6 futbolçu baxışa gətirib. Gürcüstanda çalışdığı iş adamlarının göstərişiylə hər gün komandaya yeni futbolçular baxışa gəlib. Şensoy isə səviyyələri heç nəyə yaramayan futbolçuları baxışdan keçirməkdən bezib və prezidentə bununla bağlı kəskin etirazını bildirib. Musa müəllim isə baş məşqçiyə «sənin işin budu, bunu da etməlisən» deyincə, ara lap qarışıb. Hətta Şensoy istefa vermək də istəyib. Amma araya girən insanlar bu hadisənin böyüməsinin qarşısını alıb və bir-təhər Naci bəyi razı sala biliblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail