"Bakı" 189, "Qəbələ" 76 gündən sonra

04.05.2015 | 3091 dəfə oxunub

Premyer Liqasının 32-ci turu mövsümün ən uzun qələbə və qələbəsiz seriyalarının qırılması ilə əlamətdar olub. Stadium.Az xəbər verir ki, “Qəbələ” ardıcıl 8 qələbədən sonra ilk xal itkisi ilə üzləşib, “Bakı” isə 19 matçlıq həsrətə son qoyub.

Çempionatın lideri “Qarabağ”la ev oyununda 1 xalla kifayətlənən (1:1) “Qəbələ” 76 gündən sonra xal itirib. Əyalət təmsilçisi sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə görüşdə (1:3) qalib gələ bilməmişdi. Bundan sonra Roman Qriqorçukun yetirmələri “Xəzər Lənkəran”ı 3:1 və 1:0, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0, “Neftçi”ni 3:1 hesabı ilə məğlub etmişdi. Bu da mövsümün rekord seriyasıdır. 2-ci nəticəyə malik  “Qarabağ”ın qələbə seriyası 6-ya bərabərdir.

“Xəzər Lənkəran” ilə qarşılaşan “Bakı” isə 2015-ci ildə ilk qələbəsini qazanıb – 2:1. Paytaxt təmsilçisi son qələbəsini oktyabrın 25-də AZAL-la səfər oyununda qazanmışdı – 1:0. 189 gündən sonra 3 xal əldə edən İbrahim Uzuncanın yetirmələri bu müddətdə 6 heç-heçə edib, 13 dəfə uduzmuşdu. Mövsümün antirekordçusu olan “Bakı” bu göstəricidə 2-ci olan “Sumqayıt”dan 6 matç uzun seriyaya imza atıb.

Azərbaycan çempionatları tarixinin rekordu “Kəpəz”ə məxsusdur – 20 oyunluq qələbə seriyası. Qələbəsiz oyunlarda antirekord isə “Şəfa”ya məxsusdur – 33 matç.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail