Biri yarımfinal, biri 1/4 finalda

05.05.2015 | 3048 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə komandaları növbəti oyunlarını keçirib. Akademiyanın yetirmələri AFFA-nın təşkil etdiyi liqalarda qüvvələrini sınayıblar. Stadium.Az xəbər verir ki, U-19 komandası səfərdə “Qarabağ”a məğlub olub - 0:1. 27 oyundan sonra 56 xalla 2-ci olan “qırmızı-qaralar” növbəti turda “Neftçi”ni qəbul edəcək. Artıq çempionluğu təmin edən U-17 öz meydanında “Qarabağ”a uduzub – 1:2. 21 matçda 54 xal toplayan “Qəbələ” son turda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

U-16 öz meydanında “Vətən”lə qarşılaşıb. 3 xalı 3 qolla qazanan (3:1) komandamız 26 matçda topladığı 63 xalla çempionatın lideridir. “Qəbələ” növbəti turda “Rəvan”ın qonağı olacaq. Son qarşılaşmasında “Qarabağ”ı 5 cavabsız qolla keçən U-15 qarşıdakı turda “Simurq”un qonağı olacaq. 24 görüşdə 56 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.

U-14 1/4 final mərhələsində “Xəzər Lənkəran”la qarşılaşıb. “Qəbələ” hər iki matçda qalib gəlib: səfərdə 2:0, evdə 1:0. Yarımfinala yüksələn komandamız “Neftçi” PFK ilə üz-üzə gələcək. U-11 1/8 finalda Saatlı UGİM-i ilə qarşılaşıb. 4:2 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə “Qəbələ” “Neftçi” İK İB ilə görüşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail