"Dizimdə içəridən nəyinsə qopduğunu hiss etdim" - MÜSAHİBƏ

05.05.2015 | 3469 dəfə oxunub

Millimizin və "Qarabağ"ın futbolçusu Namiq Ələsgərov AFFA-nın rəsmi "Facebook" səhifəsində "Sualla zərbə" rubrikasının qonağı olub. Stadium.Az həmin müsahibəni təqdim edir:


- "Qarabağ"a gəlişinizdən sonra karyeranızda nələr dəyişildi?
- Çox şey. Avropa Liqasının qrup mərhələsində oynadım. İtaliya "İnter"i, Fransa "Sent Etyen"i və Ukrayna "Dnepr"inə qarşı oynamaq, əlbəttə, bütün futbolçuların bəlkə də arzusudur. Karyeramda ən böyük dəyişiklik kimi məhz bunu deyə bilərəm.  

- Futbola gəldiyin üçün kimə borclusan və ən çox sevdiyin baş məşqçi kim olub?
- İlk növbədə, uşaqlıqda Qusar "Şahdağ"ında məşqçilərim olan Salman və Şərafəddin müəllimə çox şey borcluyam. Onlar mənə çox şeyi öyrədiblər. Hazırda ən çox hörmət etdiyim məşqçi isə Qurban Qurbanovdur. Gələcəkdə nə zamansa məşqçi olsam, onun kimi olmaq istərdim. 

- "Qarabağ"dan təklif gələndə hansı hissləri keçirdin?
- Əlbəttə, "Qarabağ"ın təklifi mənim üçün gözlənilməz oldu. Çox sevindim. Həmin vaxt 21 yaşadək futbolçulardan ibarət yığmamızla təlim-məşq toplanışında idim. Yatdığım vaxt zəng gəldi. Əvvəlcə çox həyəcanlandım. Fikirləşmədən təklifi qəbul etdim, razılıq verdim. Ondan sonra da hər şeyi daha ətraflı danışdıq və razılaşdıq. 

- Uşaqlıqdan Azərbaycanda azarkeşlik etdiyin komanda hansıdır?
- Hazırda "Qarabağ"da çıxış etdiyimdən, ən çox bu kluba azarkeşlik edirəm. Amma uşaqlığım Qusarda keçdiyindən, "Şahdağ"a azarkeşlik edir, bu komandanın bütün oyunlarına gedirdim. Təəssüf ki, "Şahdağ" hazırda elə də iddialı deyil. Çox istərdim ki, əvvəlki kimi iddialı olsun. 

- İnanırdınmı ki, Robert Prosineçki səni Malta ilə oyunda ilk "11-lik"də meydana buraxacaq?
- Fikirləşməzdim ki, ilk rəsmi oyunda məni start heyətində meydana buraxacaq. Amma o vaxtadək Antalyada təlim-məşq toplanışında olmuşduq. Orada Ukrayna "Şaxtyor"u ilə qarşılaşmada mənə ilk "11-lik"də şans vermişdi. Bundan sonra özümə inamım daha da artmışdı. İnanırdım ki, Maltaya qarşı oyunda start heyətində yer ala bilərəm.  

- Ən sevindiyin an hansı oyuna təsadüf edib?
- İtaliya "İnter"i ilə Bakıdakı qarşılaşmada 90+3-cü dəqiqədə qol vurduğumuz an çox sevindim. Vacib qol vurmuşduq. Amma təəssüf ki, ən çox sevindiyim an hakimin səhvi üzündən ən çox üzüldüyüm ana çevrildi.  

- Zədə aldığın an hansı hissləri keçirdin?
- Onu sözlə başa salmaq çətindir. Dizimdə içəridən nəyinsə qopduğunu, zədəmin ciddi olduğunu və uzun müddət yaşıl meydanlardan uzaq qalacağımı hiss etdim. 

- Xəyallarındakı klub hansıdır?
- Hər bir futbolçunun xəyalından Avropanın güclü komandalarında oynamaq keçir. Mən də belə bir klubda çıxış etməyi arzulayıram. Ad da çəkə bilərəm: "Real", "Çelsi"... Əlbəttə, bunun elə-belə, asan bir iş olmadığını bilirəm. Öz üzərimdə çox çalışmalıyam. 

- Dünya futbol ulduzlarından ən çox kimi bəyənirsən?
- Hazırda "Çelsi"də çıxış edən Eden Hazardın çıxışlarını daha çox bəyənirəm. Nə zamansa onun kimi oyunçu olmaq istərdim. 

- Futbolçu olmasaydın, hansı peşəni seçərdin?
- Futbola gəlməmişdən öncə cüdo ilə məşğul olmuşam. Müəyyən uğurlar əldə etmişdim. Məşqçim mənə çox inanırdı. İstəmirdi ki, cüdonu tərk edim. Amma həvəsli olduğumdan, futbola gəldim. Futbolçu olmasaydım, yəqin ki, cüdoçu olardım (sportnet).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail